Qurtuluşa gedən yolun ilk pilləsi - bu günün önəmli TARİXİ

Yeni Müsavat Qəzeti

РЕКЛАМА

youtube.com

Сигналы криптовалют


РЕКЛАМА
t.me

Канал СберИнвестиции


Qurtuluşa gedən yolun ilk pilləsi - bu günün önəmli TARİXİ



Heydər Əliyev haqqında dünya liderləri görün nələr deyiblər...

Oktyabrın 3-ü Azərbaycanda mühüm bir hadisə ilə yadda qalıb. Belə ki, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə  Azərbaycan tarixinin yeni mərhələsi başlandı - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Heydər Əliyevin ölkə üçün etdikləri hər bir Azərbaycan vətəndaşına məlumdur.

Sozcu.info xarici ölkə başçılarının onun haqqında vaxtilə söylədikləri fikirləri təqdim edir:

Corc Buşun Heydər Əliyev haqqında xatirələri...


• Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olublar. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb”;

İlham Əliyev Putin və Heydər Əliyevin ilk görüşündən danışdı - "İki sahil"

• Rusiya Federasiyasının prezidenti Vladimir Putin: “Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin uzun illər ərzində səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olub. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoyub, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə verib”, “Heydər Əliyev görkəmli dövlət xadimi, Vətəninə sadiq əsl patriotdur”, “Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı və böyük təşkilatçılıq məharəti ona həmvətənləri arasında və ölkə hüdudlarından kənarda yüksək nüfuz qazanıb. Müstəqil Azərbaycana mürəkkəb tarixi dövrdə rəhbərlik etməklə o, ölkənin həqiqi lideri olub, Azərbaycan cəmiyyətinin konsolidasiyası üçün çox işlər görüb”;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• Fransa Respublikasının eks-prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölümündən sonra 2003-cü ildə Fransanın ali mükafatı olan “Fəxri Legion” Ordeninin ən yüksək dərəcəsi ilə təltif olunub;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu”;


• Çin Xalq Respublikasının sabiq Sədri Xu Szintao: “Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb”;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutub”;

Heydər Əliyevin Dəmirələ iş adamı mənasını nəzərdə tutaraq "pəzəvəng"  dediyi iddiası - Teyit

• Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl: “Heydər Əliyev bu dünyaya müstəqil Azərbaycan dövlətini qorumaq üçün gəlmişdi”;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• Birləşmiş Krallığın Kraliçası II Elizabet: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olub”;

• Bolqarıstan Respublikasının eks-prezidenti Georgi Pırvanov: “Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk”;



• Almaniya Federativ Respublikasının sabiq federal kansleri Gerhard Şröder: “Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirib. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır”;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• Roma papası II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutub. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm”;

Welcome to Heydar Aliyevs Heritage Research Center


• BMT-nin sabiq Baş katibi Butros-Butros Qali: “Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır”;

Welcome to Heydar Aliyevs Heritage Research Center

• İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi: “Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir”.


Oxşar Xəbərlər

Xəbər lenti