Prezident Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtərə səfəri çərçivəsində Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sozcu.info xəbər verir ki, dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Dövlət başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.
Azərbaycan Prezidenti Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.


Oxşar Xəbərlər

Xəbər lenti