10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
MEHRİBAN ƏLİYEVA SİSTEMLİ İDARƏETMƏ TƏCRÜBƏSİNƏ MALİK BİR QADINDIR
O, bu təcrübəni gözəl münasibətləri olan Ümummilli lider Heydər Əliyev və daim yanında olduğu Prezident İlham Əliyevdən əxz edib…
Qadın istər cəmiyyətdə, istərsə də ailədə aparıcı və hərəkətverici qüvvədir. Bu güc çox vaxt pərdə arxasında qalsa da, onun tarixi təsiri heç vaxt inkar edilməyib. Xüsusilə də türk qadınının istər ağlı, istərsə də ailəsinə bağlılığı, övladlarına sevgisi, həyat yoldaşına sadiqliyi hər zaman dillərə dastan olub. Belə bir qadın tək bir ailə çərçivəsində deyil, ulus, el, oba, cəmiyyət səviyyəsində də öz imkanlarını reallaşdırmaq iqtidarında idi. Onun ağlı ilə hesablaşar, sözünü uca tutar, məsləhətlərini dinləyərdilər.
Zaman ötür, dövr dəyişir. Artıq at belində qılınc çalan deyil, ağlı, zəkası ilə daim həyat yoldaşına dəstək olan, onu daxili və xarici düşmənlərdən qoruya bilən, xeyirxah əməlləri ilə xalq arasında sevilən, hörmət olunan qadın siyasətçilər önə çıxır. Bu yöndən əminliklə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ölkəmizin sosial, humanitar və iqtisadi siyasətindəki rolunu xüsusi vurğulamaq olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk günlərində ölkənin birinci xanımı kimi tanınan Mehriban Əliyeva çox keçmədi ki, qayğıkeşliyi, həssas təbəqələrə xüsusi diqqəti, uzaqgörənliyi və xeyirxah əməlləri ilə xalqın sevimlisinə, güman yerinə çevrildi. Artıq insanlar birbaşa ona müraciət edir, bir ana kimi, həyat yoldaşı, gözəl və qayğıkeş qadın kimi dərdlərini onunla paylaşır, dəstək olmasını, yol göstərməsini, dərdlərinə əlac tapmasını gözləyirdilər. Və bu gözləntilərin özünü doğrultması Mehriban xanımı xeyirxah mələyə çevirdi.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu təhsillə, idmanla bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirir… Biganəliyi və laqeydliyi ən dəhşətli xüsusiyyət adlandıran Mehriban xanım Əliyeva hər zaman cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, həqiqətən mehriban bir ana nəvazişi ilə bu nəvazişə ehtiyacı olan uşaqları sevindirməyə çalışır. O, zəngin mədəniyyətimizi dünyada təbliğ etməklə yanaşı, müxtəlif istiqamətlərdə yeni layihələr də reallaşdırır. Təsadüfi deyil ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışında çıxış edən Prezident İlham Əliyev öz çıxışında Heydər Əliyev Fondunun da günümüzdə xeyriyyəçilik missiyasını öz üzərinə götürdüyünü vurğulayır.
Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığının nəticəsində ölkəmizdə Gimnastika üzrə dünya kuboku yarışları, müxtəlif çempionat və turnirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. Dünyada sülhün və sabitliyin təmin edilməsi sahəsindəki önəmli fəaliyyəti, sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasındakı xidməti, dünya mədəni irsinin qorunması yönündəki fəaliyyəti dünyanın nüfuzlu təşkilatlarının diqqətindən yayınmadı. Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində göstərdiyi dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görüldü...
Bütün bunlar Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə layiq olduğunu bir daha təsdiqləyirdi...
Beləliklə, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Azərbaycanda da Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım idi. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu.
Bu, o dövrdə ölkədə və dünyada baş verənləri nəzərə alaraq atılan ən düzgün addım idi. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Mehriban xanımın ölkəmizin mədəni və ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanın və Azərbaycan xalqının mənafeyini hər zaman yüksək tutan Mehriban xanım bundan sonra da xalqa xidmət edəcəyini xüsusi vurğuladı.
Vitse-prezident institutu dünyanın bir sıra ölkələrində, o cümlədən də ABŞ-da mövcuddur. Vitse-prezident prezidentdən sonra ikinci adamdır. Hazırda ABŞ-nın vitse-prezidenti 3 noyabr 2020-ci ildə ABŞ prezidenti ilə birgə seçilən, 20 yanvar 2021-ci ildən vəzifəsinin icrasına başlayan xanım Kamala Harrisdir...
Bir sıra Latın Amerikası və Afrika ölkələrində, Bolqarıstanda, İsveçrədə də vitse-prezident vəzifəsi var. Prezident bu və ya digər səbəbdən ölkədə olmadığı müddətdə, onun vəzifələrini vitse-prezident yerinə yetirir. SSRİ-də 1990-cı (U.İ.Yanayev), Rusiya Federasiyasında isə 1991-ci ildən (A.V.Rutskoy) vitse-prezident vəzifəsi yaradılmışdır. Lakin Rusiyadakı qarışıqlıq dövründə onlar həbs edilmiş, daha sonra bəraət qazanmışdılar. 21 sentyabr- 4 oktyabr konstitusiya böhranı zamanı bu vəzifə ləğv olunmuşdur. Bir çox respublikalar, məsələn, Qazaxıstan SSR, Özbəkistan SSR, Qırğızıstan SSR-də də bu vəzifə yaradılsa da, tezliklə aradan qaldırıldı. Əgər Rusiyada bunun səbəbi vitse-prezidentin vəzifələrinin qeyri-müəyyən olması idisə, bir çox xarici ölkələrdə əsas səbəb hakimiyyətin və ona yaxın qüvvələrin prezidentlə az qala eyni hüquqlara malik olan, onun ölümü və ya ölkəni idarə edə bilməməsi səbəbində vəzifələrini öz üzərinə götürməsidir. Dəfələrlə belə məqamlarda vitse-prezidentlərin hakimiyyəti ələ keçirtməsi cəhdləri olmuşdur... Bu baxımdan vitse-prezidentin Prezidentə çox yaxın adam olması dövlətdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi, etibarlılığı baxımından çox vacibdir...
Mehriban Əliyeva sistemli idarəetmə təcrübəsinə malik bir qadındır. O, bu təcrübəni gözəl müasibətləri olan Ümummilli lider Heydər Əliyevdən və daim yanında olduğu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən əxz etmişdir. Lakin “quyuda su olmasa, nə qədər su töksən də dolmaz” deyib babalarımız. Təbii ki, Mehriban xanımın doğulub tərbiyə aldığı ailənin, təhsilin də bu yöndə böyük rolu var.
Artıq ölkənin bir çox sahələrində Mehriban xanımın rolu görünürdü. Bu da Prezidentin daha qlobal məsələlərlə rahat məşğul olmasına imkan yaradırdı. Məhz bu illərdə Azərbaycan iqtisadi yöndən sürətlə irəliləməklə yanaşı, hərbi gücünü. qüdrətini də artırdı. Nəticə isə göz qabağındadır. II Qarabağ müharibəsindəki parlaq qələbəmiz Azərbaycanın beynəlxalq arenada hesablaşılası bir dövlət olduğunu göstərməklə yanaşı bölgədə yeni reallıqlara da yol açdı. Bu qələbədə Mehriban xanımın rolu danılmazdır. O ağır müharibə günlərində Ali Baş Komandanın yuxusuz gecələrini də, xarici və daxili hücumlara qarşı mübarizədə keçirdiyi gərgin günlərini də Mehriban xanım onunla bərabər yaşadı…
Hər zaman həyat yoldaşının yanında olan Birinci vitse-prezident hazırkı dünyada ən etibarlı tərəfdaşdır.Xaqan və xatunu kimi ölkənin taleyində mühüm birgə addımlar, etibarlı tərəfdaşlıq, ağır müharibə və ondan sonrakı günlərdə, aylarda çiyin-çiyinə erməni işğalından azad olunan, minalardan tam təmizlənməmiş ərazilərə səfərləri, birgə məsləhətləşmələr, birgə bərpa-quruculuq işləri... bütün bunlar Mehriban xanımın həqiqətən Birinci vitse-prezident kimi yeri gələndə çox mühüm məsələlərə imza atacaq gücdə olduğunu göstərir.
GÜLLÜ YOLOĞLU
tarix elmləri doktoru, türkoloq
Oxşar Xəbərlər
Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını bütün dünyaya nümayiş etdirir!
Rusiyanın mədəniyyət xadimləri Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər
Ərəb ölkələrinin KİV-lərində Mehriban Əliyeva haqqında məqalə gündəm oldu - Foto
Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…