8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin yeni baş naziri Yair Lapidlə telefon danışığında İran təhlükəsi qarşısında İsraili tərəddüdsüz dəstəkləyəcəklərini bildirib. Naftali Benet hökumətində xarici işlər naziri olan Yair Lapid iyulun 1-dən İsrailin yeni hökumətinə rəhbərlik edir.
ABŞ İranın neft və neft-kimya ticarət şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən verilən açıqlamada, İranın neft və neft-kimya məhsullarının Şərqi Asiyaya satışında köməklik edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edildiyi bildirilir.
İranda yerləşən Jam Petrochemical Company, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda olan Edgar Commercial Solutions FZE, Ali Almutawa Petroleum və Petrochemical Trading LLC, Petrokick LLC, Honq Konqda qeydiyyatda olan Lustro Industry Limited və Oligei International Trading Co şirkətlərindən ibarət şəbəkənin yüz milyonlarla dollarlıq İran neftinin sanksiyalardan yayındırılaraq Şərqi Asiyada satışına yardım etdiyi üçün sanksiyaya məruz qalıblar.
ABŞ maliyyə nazirinin Terrorizmlə mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan E. Nelson deyib ki, İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyaların pozulmasının qarşısını almaq üçün tədbirər görməkdə davam edəcəklər.
Bir neçə gün öncə İsrail qırıcıları Suriyadakı İran qüvvələrinə zərbə endirmişdi.
İran ətrafında hansısa layihələrin həyata keçirilməsinə hazırlıq getdiyi qənəəti hər ötən gün daha da güclənir.
İsrailin yeni baş naziri Yair Lapidin başçılıq etdiyi hökumət İran təhlükəsi ilə mübarizəni əsas vəzifəsi hesab edir. Yair Lapid baş nazir kimi ilk açıqlamasında İranın nüvə silahı əldə etməsinə heç bir şərtdə imkan verməyəcəklərini bildirib.
Azərbaycanın dostu Aviqdor Liberman yeni hökumətdə də təmsil olunur.
Xəqani Cəfərli,
Politoloq