16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti barədə

Soyuq müharibənin bitməsi dünyada yeni nizamınyaranması haqqında düşüncələr yaratdı. Bu nizamda dünya tək qütblü yəni ABŞ və Qərb sisteminin diktəsi altında idarəolunacağı ehtimalı idi. Lakin 20-ci əsrin sonu 21-ci əsrin başlaması qüvvələr nisbətini dəyişdi. Başda H.Kissinger olmaqla bir çox ekspertlər Balansın dəyişdiyini və artıq iqtisadi gücün və inkişafın qərbdən yenidən şərqə doğru dəyişdiyini bildirirlər. Ehtimallara görə bu cür iqtisadi inkişaf davam etsə artıq dünya maliyə mərkəzi qərb yox şərq olacaq. Bəs bunun səbəbi nədir? Soyuq müharibənin bitməsi və bir çox dövlətlərin Çin, Hindistan, Pakistan, Azərbaycan başda olmaqla türk dövlətlərinin milli kimliklərini adət-ənənələrinə geriyə qayıtması və Qərbi siyasi diktəsinə qarşı çıxması. Məhz bu inkişafı təmin etmək üçün Şərq ölkəri öz aralarında davamlı səfərlər edir, öz milli dəyərləri ilə yaxın olan ölkələrlə ittifaqlar qururlar. Təsadüfi deyil ki, Azərbaycan RespublikasıPrezidenti cənab İlham Əliyev də dövlətimizin xarici siyasətini məhz son zamanlar bu istiqamətdə yeridir. Diqqət etsəson 10 il ərzində Azərbaycan-Türkiyə münasibətləri özünün ən sürətli inkişafı dövrünə qədəm qoyub. Bundan əlavə Mərkəzi Asiya türk dövlətləri ilə münasibət günü-gündən daha da artır. Məsələn: Özbəkistan və Qazaxıstanla baş verən son görüşlər və anlaşmalar. Artıq biz bu addımların siyasi arenada təsirlərini görürük. Ən sonda isə Azərbaycan sentyabrın 15-16 tarixlərində türk dünyasının qədim şəhərlərindən birindəkeçirilən Şanxay Əməkdaşlıq Təşkilatına dəvətli qismində görə bildik. Hal-hazırda bu təşkilatın ana qayəsi iqtisadi inkişafa nail olmaq müxtəlif ticarət yolları əldə etməkdir. Əgər diqqət etsək hal-hazırda bu təşkilatın tərkibində dünya ticarətində ən önəmli yollara sahib olan Asiya ölkələri var. Və budur Azərbaycan dəvətli qismində burda iştirak edir. Buna səbəb nədir? Artıq Azərbaycan yeni dünya nizamında mahiyyəti və önəmi Çin, Rusiya, Pakistan kimi ölkələr tərəfindən dəyərləndirilir.
Cənab İlham Əliyevin 16 sentyabr çıxışında Azərbaycan Respublikası coğrafi mövqeyinə toxunması əbəs deyil. Hal-hazırda məhz Azərbaycan ərazisi Şimal ilə Cənub (Heksin-Myubai) və Şərq-Qərb (Ipək yolu) ticarət yollarının tam üzərində yerləşir. Cənab İlham Əliyev çıxışı zamanı Azərbaycan ərazisində son zamanlar Dəmiryolların yenidən çəkilməsi və avtomobil yollarının təmiri haqqında məhz bu səbəbdən vurğulamışdır. Bundan əlavə Bakı dəniz limanının Xəzər Hövzəsinin ən böyük yük qəbul edən liman olması,gəmiqayırma sahəsində inkişafın əldə edilməsi bildirilib. Bu da onu göstərir ki, Qazaxıstan limanlarından bir başa Bakıya və ya əks istiqamətdə sürətli nəqliyyat mümkündür.
İlham Əliyev çıxışının davamında Ermənistanla münaqişə barədə ətraflı məlumat verib. Bildirib ki, erməni tərəfinin bu addımı bölgədə mövcud iqtisadi yolların acılmasının qarşısını almaqdır. Ən əsasda Zəngəzur dəhlizi nəzərdə tutulur.
Xatırladaq ki, təşkilata erməni tərəfi dəvət olsa da getməkdən nədənsə imtina etmişdir. Bundan əlavə çıxışda vurğulanmışdır kiqoşulmama hərəkatına 2023-cü il yenidən Azərbaycan sədirlik edəcək. Bu isə artıq Azərbaycan beynəlxalq arenada xarici siyasətdə çox uğurlu addımladığını və öz mövqeyini düzgün seçdiyinə bir başa sübutdur.

Ceyran Novruzova

Suraxanı rayonu 114 №-li tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}