"Putin sonunun yaxınlaşdığını hiss etdiyindən bəşəriyyəti nüvə terroru ilə təhdid edir" -Xəqani Cəfərli


"Əgər o, qırmızı xətti keçsə və cəzasız qalsa, bu, Kim Çen İni də atom bombası olmayan qonşu dövlətlərə qarşı nüvə müharibəsinə şirnikləndirəcək"

"Putini - avtoritarizmi xilas etmək, Rusiyanın işğalçılıq siyasətini ligitimləşdirmək cəhdi sülhpərvərlik, insanpərvərlik kimi təqdim olunmamalıdır. Putini xilas etmək, Rusiyanın işğalçılığını ligitimləşdirmək istəyənlər sülhpərvər, insanpərvər ola bilməzlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun qənaətincə, Putin sonunun yaxınlaşdığını hiss edir və buna görə də bəşəriyyəti nüvə terroru ilə təhdid edir: "Məqsədi isə döyüş meydanında məğlub edə bilmədiyi Ukraynanın təslim olmağa vadar edilməsinə nail olmaqdır. Əgər Putin qırmızı xətti keçsə və cəzasız qalsa, bu, Kim Çen İni də atom bombası olmayan qonşu dövlətlərə qarşı nüvə müharibəsinə şirnikləndirəcək. Unutmaq olmaz ki, Şimali Koreya ilə Cənubi Koreya arasında sülh müqaviləsi bu günə kimi imzalanmayıb".

Məhz bu səbəbdən də Xaqani Cəfərli hesab edir ki, dünyanı nüvə terroru ilə təhdid edən Rusiya diktatoru məsuliyyətə cəlb olunmalıdır: "Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi terrorçu məğlub edilməli və məsuliyyətə cəlb edilməlidir".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}