8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aleksander Qillespi
"Al-Jazeera” (Qətər)
Bir problemi aradan qaldırmaq üçün hansısa ictimai xadimi və ya yüksək səviyyəli düşməni öldürmək fikri sadə və eyni zamanda, təhlükəli məntiqdir. Güman edilir ki, bir lider ləğv edildikdən sonra onun ardıcılları və onun yaratdığı problemlər də buxarlanacaq. Ancaq tarix əslində, səhv nəticəyə doğru gedən siyasi sui-qəsd nümunələri ilə doludur.
21-ci əsrdə, sui-qəsd təcrübəsi həmişəkindən daha çox məşhur görünür, xüsusən Şimali Koreyadan olan Can Son Txek (Kim Çen Inın əmisi) və Kim Çon Nama (Şimali Koreya liderinin qardaşı) sui-qəsdlərdən sonra.
Daha təəccüblü olan Qərbdə Kim Çen Ina sui-qəsdə dair şayiələr və müzakirələrdir. Hətta Birləşmiş Ştatlarda bir çoxları Şimali Koreya rəhbərliyini "başsız qoymaq" barədə düşünürlər. Həqiqətən, nüvə müharibəsinin qarşısını almaq və milyonlarla insanı xilas etmək üçün Kim Çen Inın hazırda düşmənlərinə qarşı istifadə etdiyi təcrübədən niyə də istifadə olunmasın?
Ancaq məntiqli görünsə də, Şimali Koreya liderinə sui-qəsd yaxşı fikir deyil.
Öldürülməsi çətin olan adam
Kim Çen Ina sui-qəsdin yaxşı fikir olmadığına ilk səbəb – bu, nail olmaq üçün çox çətin bir iş olacaq və uğursuz cəhd fəlakətli nəticələr doğura bilər. Səthinin 80%-i dağlıq ərazi, 120 min kvadrat kilometrdən çox sahəsi olan Şimali Koreya dünyanın ən güclü mühafizəyə malik ölkələrindən biridir. Həmçinin tunellərin, yeraltı obyektlər sayı 6000-dən 8000-ə yaxındır, bu da Kimin gizlədilməsini asanlaşdırır. Bundan əlavə, sıx gizlilik, gözlənilməz tələlər və çox effektiv təhlükəsizlik xidməti Kim Çen Inın izini itirməsinə imkan verir. Sui-qəsd cəhdinin boşa çıxdığı halda, Kim tam nüvə qəzəbini püskürə bilər.
Şimali koreyalı liderini öldürülməsinin əleyhinə ikinci səbəb – müharibə dövründə xarici liderlərə sui-qəsd yolveriləndir, sülh dövründə bunun tətbiqi ABŞ qanunlarına ziddir. Hərgah ABŞ "terrorla müharibə" adlanan çərçivədə (prezident Cerald Ford 1976-cı ildə CIA-nın Kuba lideri Fidel Kastroya uğursuz qəsd cəhdlərindən sonra ABŞ hökumətinin heç bir əməkdaşının siyasi sui-qəsdlə məşğul olmadığını bəyan etsə də), əlbəttə, prezident Donald Tramp bu icra qaydasını ləğv edə və sui-qəsd üçün qanuni əsas hazırlaya bilər, amma indi Şimali Koreya liderinin həyatına hər hansı qəsd cəhdi ABŞ qanunlarına zidd olacaq.
Zəmanətli həll
Cinayətin yaxşı bir fikir olmadığına üçüncü səbəb – Kim Çen Inın ölümü heç bir halda problemin həll edilməsinə zəmanət vermir. Ən yaxşı ssenari budur ki, Kimin ölümündən sonra iqtidar daha təhlükəsiz cütlüyün əlinə keçəcək. Bu, Boris Yeltsinin ssenarisidir ki, burada daha ağlabatan şəxs ortaya çıxır və "problemli" liderin qovulmasından sonra nüvə müharibəsini bir müddətə uzaqlaşdırır. Ancaq Şimali Koreya nümunəsində bu optimist sonluğa çatmaq üçün heç bir dəlil yoxdur.
Daha çox ehtimal olunan budur ki, Kim Çen Inın "ləğv edildiyi" halda, hakimiyyət əvvəlcədən razılaşdırılmış bir ardıcıllıq planına uyğun olaraq, birbaşa onun uşaqlarından birinə keçəcək. Bacısı Kim Yo Çen, ya da arvadı Ri Sol-Çju, de-fakto kommunist monarxiyanı nəzarətləri altına almaq üçün varis kifayət qədər yaşa dolana qədər naib-regent kimi davranacaq.
Ailənin içində saray çevrilişi olmayacağını düşünsək, bu cür naiblik və varisliyin uğuru hərbi dəstəkdən asılı olacaq. Əlbəttə ki, bəzi hərbi komandanlar da Kim xanədanını devirmək və rəhbərlik mövqeyini tutmağa cəhd edə bilərlər. Hazırda bu aktyorların hər hansı birinin hakimiyyətə gəldikdən sonra necə hərəkət edəcəyi və ya ABŞ-la Şimali Koreya arasında mövcud qarşıdurmaya son vermək üçün çalışıb-çalışmayacaqlarını heç kim bilmir.
Alternativ ehtimal belə bir sui-qəsddən sonra ölkənin mütləq xaosa düşməsidir. Səddam Hüseyn və Müəmmər Qəddafinin ölümünün son nümunələri göstərir ki, belə güclü şəxslərin çıx-daş edilməsi təhlükəli parçalanma və gələcək onilliklər ərzində regionları qeyri-sabitləşdirən davamlı münaqişə yarada bilər.
Sonuncu və ən çox ehtimal olmağına görə, "ilanın başı" kəsildikdən bir neçə dəqiqə sonra da sancmağa davam edəcək. Bu vəziyyətdə silahlı əks-cavab, belə hadisələrlə bağlı öncədən hazırlanmış protokollara uyğun olaraq, avtomatik olacaq və / və ya Şimali Koreya hərbçiləri və vətəndaşları sevimli lideri öldürdükləri üçün ABŞ-a elə qəzəblənəcəklər ki, silah-sursat anbarlarında olan hər şeylə atəş açmağa başlayacaqlar.
Bu çox ehtimal olunan ssenaridə sui-qəsd tamamilə arzuolunmaz bir nəticəyə səbəb olacaq və Koreya yarımadasında müharibə ilə bitəcək.
Beləliklə, "ilanın başını kəsmək" Şimali Koreyaya dair çox yaxşı fikir deyil.