Düşmən tapdağından azad edilən Zəngilan

Vətənimizin dilbər guşələrindən olan Zəngilan rayonunun işğaldan azad 2 il ötür. 29 il öncə 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olan Zəngilan rayonunun sahəsi 730 kavadrat kilometr, əhalisi 45 mindən çox olub. Erməni vandalizminin qurbanı olan məscidlər, tarixi abidələr ziyarətgahlar illərdir ki, yolumuzu gözləyir. 18 Oktyabr 2020-ci il tarixindən Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlanıldı. Və nəhayət oktyabr ayının 20-də Zəngilan rayonu4 qəsəbəsi 49 kəndi işğaldan azad edildi. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Tarixi torpağımız Naxçıvan Zəngilandan cəmi 40 kilometr məsafə ilə ayrılır. Bu Zəngəzur dəhlizidir ki, 101 ildir qədim tarixi ərazimiz olan Zəngəzurdan ayrı düşmüşdü. Zəngəzur dəhlizinin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurda yeni qayıdışı təmin edəcək. Bu hadisə bizim dövlətimiz üçün böyük iqtisadi perspektivlər yaradacaq. Naxçıvan və Türkiyəni birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
“Zəngilanın azad  olunmasına görə” medalı təsis edən cənab Ali Baş Komandan İlham Əliyev aparılmış döyüş əməliyyatlarında  iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusunu təltif etdi.
İndi Zəngilan rayonu böyük inkişaf dövrünü yaşayır. Böyük qayıdış layihəsi çərçivəsində birinci pilot layihə məhz Zəngilanda icra edildi. Zəngilan məscidi Heydər Əliyev fondu tərəfindən bərpa olunacaq. Dövlətimizin işğaldan azad olunmuş torpaqlarda etnik tarixi, dini abidələrə xüsusi diqqət yetirməsi bir daha sübut edir ki, Azərbaycan xalqı hər zaman soykökünətarixinə,mədəniyyətinə sadiq olmuşdur. Bu yolda hər birimiz bir vətəndaş olaraq ənab Prezidentimizin yanındayıq, onun uzaqgörən siyasətini dəstəkləyir və çətin və şərəfli yolda birgə addımlamağa hazırıq.
Yaşasın Müstəqil Azərbaycan! Var olsun Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!
Dadaş Baba-zadə
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}