"Hələ də "Qonşusu ac ikən, tox yatan bizdən deyil" nağılına inanan milyonlarla insan var" - XAQANİ CƏFƏRLİ


"İslam dünyası sosial ədaləti təmin edəcək siyasi sistemi mənimsəyənə kimi iqtidar sahibləri zənginlik, mərhəmətə ümid bəsləyənlər isə səfalət içərisində yaşayacaq"

"Argentina prezidenti Alberto Anxel Fernandes ölkəsinin milli komandasının Fransa millisi ilə oynadığı XXII dünya çempionatının final matçını izləmək üçün Qətərə getməyib. Argentina prezidenti bu addımını ölkəsindəki iqtisadi böhran və Qətər səfərinin əlavə xərc olacağı ilə izah edib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib. 

Prezident Alberto Anxel Fernandesin final oyununu evində, ailəsi ilə birgə izlədiyini vurğulayan politoloq qeyd edib ki, Argentinadan daha ağır iqtisadi böhran içərisində olan və XXII dünya çempionatında təmsil olunmayan Türkiyənin dövlət başçısı isə geniş heyətlə Argentina ilə Fransa milliləri arasındakı final oyununu izləmək üçün Qətərə gedib: "Türkiyə prezidenti yersiz xərcləmələr tələb edən belə səfərlərin zəruriliyini "reputasiyanı qorumaq zərurəti" ilə edir. Ərdoğan geniş heyətlə Argentina ilə Fransa arasındakı final oynunu izləmək üçün Qətərə getdiyi bir zamanda Türkiyədə aclıqdan ölən körpə uşaqların olduğu üzə çıxıb".

Xaqani Cəfərli əlavə edib ki, vəziyyətin belə acınacaqlı olmasına baxmayaraq, Türkiyədə siyasi islamçıların hələ də "Qonşusu ac ikən, tox yatan bizdən deyil" nağılına inanan milyonlarla insan var: "Təəssüf ki, belə düşüncədə olan soydaşlarımız da var. İslam dünyası sosial ədaləti təmin edəcək siyasi sistemi mənimsəyənə kimi iqtidar sahibləri zənginlik, mərhəmətə ümid bəsləyənlər isə səfalət içərisində yaşayacaq".


Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}