"Zelenskinin ABŞ-a səfəri anti-Putin ittifaqını gücləndirəcək" - XAQANİ CƏFƏRLİ


"Bu, həm də yeni dünya düzəninin formalaşmasında dönüş nöqtəsidir, odur ki, artıq zaman anti-Putin ittifaqında yer alma zamanıdır"

"Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona tarixi səfəri yeni dünya düzəninin formalaşmasında dönüş nöqtəsidir". Sozcu.info xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, Ukrayna prezidentinin Vaşinqtona səfəri haqlı olaraq Böyük Britaniyanın baş naziri Uinston Çörçillin 81 il əvvəl, 1941-ci ilin dekabrın 27-də ABŞ paytaxtına etdiyi tarixi səfərlə müqayisə olunur: "Çörçillin Vaşinqtona səfəri antihitler koalisiyasının təməlini qoyduğu kimi, Volodimir Zelenskinin ABŞ paytaxtına səfəri də anti-Putin ittifaqını gücləndirəcək".

Xaqani Cəfərli əlavə edib ki, artıq zaman anti-Putin ittifaqında yer alma zamanıdır.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}