BƏŞƏRİYYƏTİ BÖYÜK FƏLAKƏTLƏRƏ SÜRÜKLƏYƏN İDEOLOGİYA DARVİNİZM

Darvinizm Allahın varlığını və birliyini, insanların Rəbbimiz qarşısında məsuliyyət daşıdığını inkar edir.Materializmin və din əxlaqına zidd cərəyanların təməlini darvinizm təşkil edir. Bu səbəbdən elmi cəhətdən təkzib edilsə də, ideoloji qayğılarla müdafiə edilir.

Kainatın və insanın kortəbii təsadüflərin əsəri olduğunu irəli sürən darvinist-materialist cərəyanlar “heyvan növü” olan insanlar arasındakı münasibətlərin də heyvani olduğunu iddia edirlər. Bu azğın təfəkküreqoistliyi, zalımlığı, dava-dalaşı, münaqişəni, adam öldürməyi normal hesab edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğuları təkamül prosesini ləngidən maneə kimi qəbul edir. Darvinist təlqinlərlə insan sevgisindən uzaq, zalım, təcavüzkar, mənfəətpərəst insanlar yetişir.

Darvinizm 150 ildən çoxdur ki dinsizliyi, əxlaqsızlığı, anarxiyanı, dava-dalaşı və münaqişəni cəmiyyətə təlqin edir və bu təlqinlər böyük sosial fəlakətlərə səbəb olur. Müharibələr, qırğınlar, anarxiya və terror hadisələrilə keçən 20-ci əsr bunun sübutudur. Digər millətləri “təkamül prosesi tamamlanmamış” heyvan növü hesab edən, ancaq münaqişəylə inkişaf etməyin mümkün olduğunu irəli sürən, insanlar arasında da vəhşi təbiət qanunlarının keçərli olduğuna inanan kütlələr dünyanı qan gölünə çeviriblər.

Dövrümüzdə də güclü darvinist təbliğat davam edir. Məsuliyyətsizlik təlqini verilən gənclər əxlaqsızlığa sürüklənir. Digər insanların dəyərsiz olduğu təlqin olunaraq onları zalımlıqla əzməyə, münaqişənin normal olduğu deyilərək dava-dalaşa, anarxiyaya təşviq edilirlər. Bir çox ölkə darvinizmdən qaynaqlanan sosial problemlərlə mübarizə aparır.

Vəziyyət belə olduğuna görə bəşəriyyət darvinizmin yalanlarına və təhlükələrinə qarşı xəbərdar edilməlidir. Bu qədər təhlükəli zehniyyətin ideoloji cəhətdən zərərsizləşdirlməsi həyati əhəmiyyət daşıyır. Belə ki, darvinizmi və təhlükələrini qavramayan insanlar darvinizmə qarşı aparılan elmi mübarizənin də əhəmiyyətini anlamırlar.

Bu şəxslər darvinizmə qarşı elmi mübarizə aparmaq əvəzinə bu mübarizəyə barmaqarası baxır, ondan geri qalmaq üçün müxtəlif yollara əl atırlar. Bəziləri “darvinizmin əslində o qədər vacib məsələ olmadığını” deyərək bu elmi mübarizəni əhəmiyyətsiz görməyə və göstərməyə çalışır. Bəziləri də İslamla təkamül nəzəriyyəsi arasında “ortaq yol” tapmaq istəyir. Bunun üçün darvinizmlə İslamı əlaqələndirməyə çalışırlar. “Darvinizmi islamlaşdırmaq cəhdi” kimi səciyyələndirilən bu meyil çox ciddi səhvlərə yol verir. Müsəlman əsla darvinizmlə İslam arasında ideoloji uzlaşma axtarmaz. Səmimi iman gətirənlər Allahı və yaradılışı inkar edən bir nəzəriyyə ilə uzlaşa bilməzlər.Üstəlik, Quran ayələrində də, Peyğəmbərimizin (səv) hədislərində də təkamülə işarə edən heç bir izah yoxdur.

Bir daha xatırladaq ki, inanclı insanların yaradılışa tamamilə zidd olan bir nəzəriyyəni təhlükəsiz və zərərsiz hesab etmələri, onun şaxələnməsinə tamaşa etmələri darvinizmin cəmiyyətdə yayılmasına və labüd olaraq ateizmi gücləndirməsinə dolayı yolla dəstək olacaq. Bu səbəbdən dindarlar təkamül nəzəriyyəsinin təməlindəki fəlsəfi fikri yaxşı anlamalıdırlar: təkamül nəzəriyyəsi materialist fəlsəfənin “elmi” üslubla ifadə edilməsidir. Materialist fəlsəfə isə “dinsizliyin dini”dir.

Quranda “Barı, ... ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər!” (Hud surəsi, 116) ayəsi ilə yer üzündə əmin-amanlığın və asayişin pozulmasına səbəb olan ünsürlərə qarşı mübarizə aparmağın vacibliyinə işarə edilir. Dövrümüzdə əmin-amanlığı pozan cərəyanların kökündə darvinizm dayanır. Səmimi müsəlmanlar da bu həqiqəti dərk etməli, təhlükəyə barmaqarası baxmaq əvəzinə bütün imkanlarını səfərbər edərək ona qarşı ideoloji mübarizə aparmalıdırlar.

Nəzakət

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}