"Rusiyanın terror siyasəti sərhəd tanımır" - XAQANİ CƏFƏRLİ


"Bu səbəbdən də Rusiya terrorçu dövlət kimi tanınmalı, bütün iqtisadi əlaqələr kəsilməli və onunla ticarət aparan ölkələrə qarşı sanksiyalar tətbiq edilməlidir"

"Rusiya işğal alında saxladığı Ukrayna ərazsində insanlıq əleyhinə yeni hərbi cinayət törədib. Kaxovka Su Elektrik Stanssiyasının su bəndinin partladılması Rusiyanın terror siyasətinin sərhəd tanımadığını göstərir. Rusiyanın sərhəd bilməyən terrorçuluğu daha nə etməlidir ki, bu dövlət terrorçu dövlət olaraq tanınsın? Tərəqqipərvər bəşəriyyət bu sualı beynəlxalq təşkilatlara və demokratik dövlətlərə yönəltməli, Rusiyanın terrorçu dövlət kimi tanınmasına nail olmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Rusiya terrorçu dövlət kimi tanınmalı, bundan sonra terrorçu dövlətlə bütün iqtisadi əlaqələr kəsilməlidir: "Terrorçu dövlətlə ticarət aparan ölkələrə qarşı sanksiyalar tətbiq edilməlidir. Çünki Rusiyann terrorçuluğu yalnız Ukraynaya qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Kaxovka SES-in su bəndinin partladılması Rusiyanın terrorçu rejiminin hər bir cinayətə hazır və qabil olduğunu göstərir. Ona görə bu terrorçu rejimin məhv edilməsi yalnız Ukraynanın vəzifəsi ola bilməz. Bu bütün tərəqipərvər bəşəriyyətin vəzifəsidir.



Oxşar Xəbərlər

Xəbər lenti