Tarixi hadisə

44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhəddində Laçın rayonu ərazisində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində öz fəaliyyətinə başlamışdır. Gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini icra edirlər.
“Laçın” sərhəd-buraxılış məntəqəsində yüklərin təmas olmadan, dəqiq və sürətli şəkildə yoxlama-baxış proseduru ABŞ istehsalı olan müasir mobil rentgen aparatı vasitəsi ilə təmin olunur.
Bu, bir daha göstərir ki, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.
Azərbaycan əhalisi Laçın rayonuna qayıdır, həyat bərpa olunur. Əhali qayıdırsa, orada sakit, hüzurlu ömrünü yaşamalıdır, bunu beynəlxalq hüquq da, Azərbaycan qanunları da tələb edir. Amma Laçın sərhəd qapısının davasını aparanların məntiqinə görə, Azərbaycan dövləti əhalisini yerləşdirdiyi ərazidən erməni terrorçuların yenə də at oynatmasına şərait yaratmalıdır. Məsələn, qapı olmamalıydı və Meşəli soyqırımında dinc sakinlərin qanını içmiş Vaqif Xaçatryan kimi cəllad qollarını sallayıb Gorus tərəfə keçməliydi, ünvanımıza söyə-söyə...Hələ belə cəlladlardan minlərlə var Qarabağda...
Onların zərərsizləşdirilməsi baxımından da Laçın sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti danılmazdır. 
Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır.
Qurbanəli İslamov 
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}