Dağıstandakı faciəyə laqeyd qala bilmərik-Xəqani Cəfərli

Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluq, hərb meydanında dəhşətli itgilər, sanksiyaların təsiri ilə çökən iqtisadiyyat və belə bir şəraitdə müharibə xərclərinin kəskin artması Rusiyanı labüd sonluğu doğru sürükləyir. Belə bir vəziyyətdə infrastrukturun, xüsusilə elektrik infrastrukturun çökməsi mərkəzdənqaçmanı sürətləndirir. Artıq mərkəzi hakimiyyət əyalətlər qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Bunun ən bariz nümunəsi Dağıstanda yaşanır.

Dağıstanın elektrik infrastrukturu tamamilə çöküb. Rəsmi məlumata görə, Dağıstanda elektrik şəbəskəsində təyinatından və sahəsindən asılı olaraq elektrik avadanlıqları 75 faizlə 85 faiz arasında köhnəlib və istifadəyə yararsızdır. 

Elektrik avadanlıqlarının 75 faizlə 85 faiz arasaında köhnəlməsi o deməkdir ki, Dağıstan bir müddət sonra elektrik enerjisiz qala bilər. Hazırda Dağıstanda elektrik enerjisi gün ərzində 5-6 saat verilir. Bu zaman isə gərginlik çox aşağı, 150-160 volt olur. İsti yay aylarında elektrik enerjisinin gün ərzində 5-6 saat və aşağı gərginliklə verilməsi Dağıstanda xalqı meydanlara çıxmağa vadar edib. 

İyulun sonundan başlayarq hər gün Dağıstan sakinləri yolları bağlayır, hökumət binaları önündə  piket keçirirlər. Dağıstanın elektrik infrastrukturunun yenilənməsi üçün 14 milyard rubl (təxminən 140 milyon dollar) lazımdır. Ukraynaya qarşı müharibənin bir günənə yalnız mərkəzi büdcədən 28 milyard rubl (280 milyon dollar) xərcləyən Moskva bütün Dağıstanın elektrik şəbəkəsinin yenilənməsi üçün lazım olan 14 milyard rublu vermir. 

Etiraz üçün küçə və meydanlara çıxan dağıstanlılar isə bildiirlər dövlət üçün ölmək lazım olanda Moskvanın yadına ilk olaraq Dağıstan düşür. Bu həqiqətən belədir. Ukraynaya qarşı müharibə başlayandan Dağıstanda ölüm statistikası 105 faiz artıb. Bu, Rusiyada ən yüksək göstəricidir.

Dağıstanın kreml tərəfindən təyin edilmiş başçısı Sergey Melikov etiraz aksiyalarını Ukraynayönlü agentlərin təxribatı adlandırır. Rusiyada hərbi səfərbərliyə qarşı ən kütləvi etirazlar Dağıstanda olub.

Qarşıdan soyuq qış gəlir və dağıstanlılar elektrik enerjisi olmadan nə edəcəklərini bilmirlər. Üstəlik, Ukraynadakı müharibəni davam etdirmək üçün Moskvanın yenidən səfərbərlik etmək və 500 min insanı hərbi xidmətə cəlb etməyə hazırlaşması haqqında məşum xəbərlər yayılır. 

Bütün Şimali Qafqazı, xüsusilə Dağıstanı bu soyqırımından xilas edilməsi lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazı xilas etmək üçün sonadək mübarizə aparıb. Bu vəzifə bu gün Azərbaycanın üzərinə düşür. Dağıstandakı faciəyə laqeyd qala bilmərik. Şimal torpaqlarımızı tələb etmək və soydaşlarımızı məhv olmaqdan xilas etmək lazımdır!

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}