Xudafərin körpüsünü görə biləydim

Qarabağ! Uzun illər Qarabağ Azərbaycanın qara bağı, qara bəxti olaraq, bizləri yandırıb. Bu həsrəti ötmək üçün, xarı bülbülü yenidən görmək üçün,igidlərimiz canından, qanından keçdi. Çünki hər zaman sülh tərəfdarı olan Azərbaycan dövləti uzun illər danışıqların faydasının olmadığını gördü və səbrimizin sonu gəldi. Ali Baş Komandan İlham Əliyev cənablarının sərkərdəliyi ilə 44 gün ərzində Azərbaycan ordusu şanlı tarix yazdı. Bu zəfər tarixinin yaradıcısı, Azərbaycan Prezidenti İlham Əliyev cənablarıdır. Onun zəngin biliyi və siyasəti nəticəsində artıq Qarabağ öz ağ bəxtini yaşayır. Həmin bu iqtisadi zonaya, həmçinin Cəbrayıl rayonu da aidddir. Cəbrayıl şəhərinin azad olunması, 44 Günlük Müharibənin ilk uğurlarından və qalibiyyətlərindən biri oldu. Çünki, 27 sentyabrdan cəmi bir həftə keçmişdi ki, biz yenidən “Cəbrayıl bizimdir!” sözünü ürəklə, iftixarla deyə bildik.Bu deyilişə, bu uğura görə, hər zaman şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm.
Uca Tanrının bizlərə verdiyi nemətlərdən biri dətorpaqdır, vətəndir, eldir, obadır! Cəbrayıl sözünün ərəbcədən mənası, Allahın qulu deməkdir. Tarixə nəzər salsaq, bu elə, obaya verilən Cəbrayıl adının bəzi dövrlərdə, dörd mələkdən biri olan Cəbrayılın adı ilə, bəzi mənbələrdə isə, Cəbrayıl ata adlı bir şəxsin adı ilə bağlayırlar. Çünki, Cəbrayıl rayonunun şimalında, “Cəbrayıl ata” adı ilə məhşur olan bir məqbərə də olmuşdur. Cəbrayıl rayonu da Qarabağ zonasındakı başqa rayonlar kimi, özünə aid olan, bir çox təbii ehtiyatları ilə zəngindir. Bunlara sement, mərmər, mişar daşı, qiymətli tikinti materialları, dəmir filizini misal göstərmək olar. Hətta bu ərazidə, neft yataqları da var. Bu rayonun əhalisi, erməni vandallarının işğalından əvvəl, üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıqla məşğul olublar. Rayonda böyük infrastruktur olmağına baxmayaraq, hal-hazırda demək olar ki, heç nə yoxdur. Baxmayaraq ki, zamanında, bu rayonda 72 məktəb, 32 klub, 12 mədəniyyət evi, 3 musiqi məktəbi, 8 sənaye müəssisəsi, 42 kolxoz və bir çox yerlər olmuşdur. Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi də bu rayonun ərazisində yerləşir.
Cəbrayıl rayonunun işğaldan azad olunmasının əhəmiyyəti ondadır ki, Azərbaycan ordusununXocavənd rayonunun cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində irəli getməyindən ötrü geniş imkanlarımız yarandı. Belə ki, bu zəfərdən sonra, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Azərbaycan ordusu Laçın dəhlizini nəzarətə götürdü.
Tarix göstərdi ki, Qarabağın başqa azad olunmuş torpaqları kimi, nə Cəbrayıl rayonu, nə də Cəbrayıllılar sınmadı, əyilmədi! Hər zaman, istər rayon olaraq, istərsə də əhali olaraq, İlahi ədalətə inanıb, öz Prezidentinə, Ali Baş Komandanına güvənib, nə vaxtsa bu torpaqların həsrətinin bitəcəyi günü gözlədilər. O gün bu gündür! Bu gün Cəbrayıl, eyni zamanda Qarabağ, işğaldan azad olunmuşdur! Hal-hazırda Cəbrayıl rayonunda da, yüksək abadlıq-quruculuq işləri gedir. Rayon sanki iqtisadiyyatının daha da güclənməsindən, keçmişdən uzaq düşmüş insanlarını və xatirələrini geri qaytarmaqdan ötrü, indi də tikinti meydançalarında zəfər yürüşü edir!
Həsrət təcəssümü olan, ayrılıqlara şahidlik edən, “Xudafərin Körpüsü” də sanki, yollara boylanır...
İnanıram ki, yaxın vaxtda, Cəbrayıl rayonunun əhalisi, öz yurd-yuvalarına qovuşacaq. Vətən həsrəti ilə dünyasını dəyişən, həmçinin öz doğma torpağında yiyəsiz qalaraq, doğmalarının ziyarət xiffətini çəkən mərhumların indi ruhları şaddır! Çünki hər dəfə, Prezident İlham Əliyev cənabları bu rayonlara gəldikcə, təməlqoyma mərasimləri baş tutduqca, sübut olunur ki, Cəbrayıla böyük qayıdışın astanasındayıq!
Prezident İlham Əliyev cənablarının və xanımıMehriban xanım Əliyevanın “Xudafərin körpüsü”nün yanında bir qaya üzərində dayanıb, çəkdirdikləri bir fotoya baxınca, ürəyimdəki böyük arzular dilə gəlir.Kaş ki, işğaldan azad olunmuş torpaqlara mən də öz töhfəmi verə biləydim, “Xudafərin körpüsü”nü görə biləydim.
Cəmilə Ağayeva
Əmircan Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}