Qızıl hərflərlə yazılan zəfərimiz

Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 2020-ci il 8 noyabr bayramı ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, döyüş ruhunun məntiqi nəticəsidir. Bueyni zamanda bütün dünyaya xalqımızın torpaq, yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının, milli birliyinin nümayişinin təsdiqinə çevrildiyi gündür. Bu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığınl təsdiqləyən 44 günlük qəhrəmanlıq salnaməsinin parlaq ifadəsidir.
Müzəffər ordumuzun əks-həmlə əmaliyyatı ilə başladığı və 44 gün davam edən Vətən müharibəsi tarixi zəfərimizi gerçəkləşdirdi və bu parlaq qələbə ilə Ermənistanın 30 illik işğalına son qoyuldu.
Bu qələbənin əsasında xalqımızın əzmkarlığı, əminliyi dayanırdı. Hər bir vətəndaşımız müharibənin ilk günündən ordumuzun döyüşü zəfərlə başa vuracağına inanırdı. Vətən müharibəsində parlaq qələbəmizi şərtləndirən bir  amili də qeyd etmək lazımdır. Bu, döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin  Vətən məhəbbəti ilə bağlıdır. Yüksək vətənpərvərlik ruhu ilə, torpağa, dövlətə  sonsuz sevgilərlə savaşa atılan gənc əsgər və zabitlərimiz üçün Qarabağ sadəcə torpaq demək deyildi. Onlar Qarabağın həm də xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdilər. Ona görə də ordumuz bu hisslə, bu yanğı ilə 44 gün ərzində mərdliklə döyüşdü, misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki əzmkarlığı, şücaəti, mərdliyi həm də ölkəmizdə ötən illər ərzində gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlıdır.   
Möhtərən dövlət başçımız cənab İlham Əliyev insanların yurda qayıdış arzusundakı qətiyyətə əsaslanaraq Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədən sonrakı çıxışlarından birində deyirdi: “ Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”.
Xalqımızın 3 il bundan əvvəl 44 günlük şanlı savaşda yağı düşmən üzərində qazandığı parlaq qələbə böyükdən-kiçiyə hər bir Vətən övladında, qəlbi xalqın arzu və diləkləri ilə döyünən hər bir qeyrətli vətəndaşda böyük coşqu və ruh yüksəkliyi yaradıb. Qədim və şərəfli tariximizin bu mübarək səhifəsi bizim hər birimiz üçünson dərəcə doğma və əzizdir.
Ülkər Babayeva

Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəliyinin aparıcımütəxəssisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}