15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
İranda davam edən etiraz aksiyaları regionda siyasi vəziyyətin dəyişməsi ilə bağlı suallar doğurur. Xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəki mövcud gərginliklər və mümkün hakimiyyət dəyişiklikləri beynəlxalq ekspertlərin diqqətindədir. Bu proseslər Azərbaycan və qonşu ölkələr üçün geosiyasi və təhlükəsizlik baxımından əhəmiyyətli nəticələr yarada bilər.
İranda baş verən etirazlar və SEPAH daxilindəki gərginlik Azərbaycanın geosiyasi mövqeyinə necə təsir edə bilər? Region ölkələri bu vəziyyətdən öz təhlükəsizliyi və maraqları üçün hansı tədbirləri görməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirdi ki, İranda mürəkkəb vəziyyət yaranıb və bu mürəkkəblik bəzi məsələlərin həll olunmaması nəticəsində gündəmə gəlib. Onun sözlərinə görə, bu vəziyyəti İranın rəsmiləri də etiraf edir.
“Ölkədə baş verən etirazların əsasları var. İnsanlar iqtisadi problemləri əsas gətirdilər, təbii ki, sonradan siyasi etirazlarını da rəsmi Tehrana çatdırıblar. Lakin burada bir sıra məqamlar var: onların çıxışları müəyyən mənada kor-təbiidir və bu göstərir ki, etirazların vahid bir idarəedici qüvvəsi yoxdur. İranın keçmiş vəliəhd şahzadəsi Reza Pəhləvi bu məsələlərlə bağlı çıxış etsə də, xalq onu qəbul etmir”.
Politoloq qeyd etdi ki, digər tərəfdən, ABŞ dəstək verməyə söz vermiş olsa da, konkret, real və praktiki dəstək göstərilməyib: “Hesab edirəm ki, İranda mövcud vəziyyət Azərbaycan üçün stabilliyi pozan amildir. Baş verən hadisələrə biganə qala bilmərik. Çünki stabilliyi pozmaq istəyən qüvvələrin Azərbaycanın da maraqlarına zərbə endirməsinə yol aça bilər. Bu kontekstdən çıxış edərək deyirəm ki, biz öz müdafiəmizi gücləndirməliyik. Quru sərhədlərimiz bağlıdır və eyni zamanda, biz stabilliyin tərəfdarıyıq. İranda baş verən qeyri-stabil addımlar Azərbaycan maraqlarına ziddir. Biz istəyirik ki, regionda stabillik hökm sürsün və buna görə də mövqeyimiz tam prinsipialdır. Bu mövqeyimizi dəyişdirməyəcəyik.”
Oğuz Ayvaz