8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Onu da bildirək ki, bu cür maraqlı və şübhəli tender müsabiqələri AMEA tərəfindən əvvəllər də keçirilib. Belə ki, bu ilin aprel ayında AMEA İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Service and Supply Ltd.” MMC olub.
“Service and Supply Ltd.” MMC ilə AMEA arasında 129 min 964 manat dəyərində müqavilə imzalanıb.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan “Service and Supply Ltd.” MMC -nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin – “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Sozcu.info xəbər verir ki, bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin ötən il eyni şəxsə məxsus olan iki fərqli şirkətlə apardığı əməliyyatların qanuniliyi və əsaslılığı şübhə doğurur. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2020-ci ildə dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə “Service and Supply LTD” Məhdud Məsuliyyətli Cəmiyyıti ilə 30 min manatlıq müqavilə bağlayıb. Ötən ilin sonlarında bağlanmış bu müqavilədə adı keçən “Service and Supply LTD” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 2, ev 25-də yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2020-ci ildə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması ilə bağlı 50 min manatlıq müqavilə bağladığı “Aysberq KMT” MMC-də eyni ünvanda hüquqi qeydiyyatdadır. Bu iki MMC-nin bir rəhbəri var. Bu şəxs də Rasimli Kəmalə Rasim qızıdır. Çox maraqlıdır ki, bu xanımın adı həm də Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini kimi keçir. Çox maraqlı bir mənzərə yaranır. Bu məlumatları AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin necə izah etməsi maraqlı olardı. Biz isə araşdırmamızı davam etdirməyə çalışacağıq. Hələlik isə onu deyə bilərik ki, bu əməliyyatlardan korrupsiya iyi gəlir.