Nəbatat Bağında qanunsuzluqlar aşkarlandı

Mərkəzi Nəbatat Bağında bir sıra qanunsuzluqlar aşkarlanıb.

AMEA-dan Sozcu.info -ya verilən məlumata görə, bu, aparılan yoxlamalar nəticəsində üzə çıxıb.

Bildirilib ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib:

"Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də, Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub”.

Mərkəzi Nəbatat Bağına yeni təyin olunmuş, bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsi tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.


Oxşar Xəbərlər

Xəbər lenti