10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Heydər Oğuz barmaqlarını “siyasi qumar”a qoydu
-Fotofakt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
Sürəti: Birinci vitse-prezident Mehriban Əliyevaya,
Azərbaycan Baş Prokuroru Kamran Əliyevə,
Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbova
Cənab Prezident!
İlk öncə başınızın Qarabağ, Zəngəzur dəhlizi, Avropaya inteqrasiya, regional əməkdaşlıqlar və s. kimi ciddi məsələlərə qarışdığı bir zamanda diqqətinizi başqa bir mövzuya yönəltdiyim üçün bu təşəbbüsümü üzrlü saymanızı rica edirəm. Məni mühüm siyasi məsələlərin müzakirə olunduğu indiki məqamda bu məktubu yazmağa vadar edən səbəb var və zənnimcə, Sizə ünvanladığım bu məktubda üzərində dayanacağım Naxçıvan məsələsinin heç də digər problemlərdən önəmsiz olmadığını düşünürəm. Yəqin, Siz də mənimlə razılaşarsınız ki, Qərbə inteqrasiyadan tutmuş, Zəngəzur dəhlizinə, Böyük Türk Birliyinə, işğaldan azad olunmuş Qarabağ torpağının beynəlxalq ticarət xətlərinə qoşulmasına qədər bütün milli geosiyasi və strateji layihələrimizin son düyün nöqtəsi məhz Naxçıvandır. Naxçıvan bu böyük milli və transmilli layihələrə hazır olmadıqca, həmin projelərin tamamlanması da mümkün deyil. Mən də bir vətəndaş və jurnalist kimi məhz bu məqamları əldə rəhbər tutaraq araşdırma yazılarımda Muxtar Respublikanın üz-üzə olduğu problemləri qələmə alır, orda yaşayan insanların şikayətlərini işıqlandırmağa çalışıram. Sözsüz ki, bu təşəbbüsüm də cavabsız qalmır, müxtəlif təzyiqlərlə qarşılaşıram.
İşıqlandırdığım problemlərin bir çox yerli məmurların maraqlarına toxunduğunu anladığımdan indiyədək şəxsimə yönəlmiş təhdidləri olduqca normal qəbul etmiş və giley-güzarımı dilə gətirib başqalarına əlavə baş ağırısı verməmişəm, bundan sonra da verməyəcəyəm. Əvvəla, ona görə ki, bunun özünüreklam kimi dəyərləndirilə biləcəyini düşünürəm və belə məsələlərdə ucuz reytinq dalınca qaçmağı müqəddəs bir davanın sui-istifadəsi halı kimi görürəm.
İkincisi, ona görə ki, məni təhdid edənlərdən fərqli olaraq, Azərbaycanda artıq qolçomaqlıq erasının keçmişdə qaldığına və müasir dövlətçilik dəyərlərinin getdikcə oturuşduğuna inanıram. Mənim inancıma görə, bu ölkənin müvafiq qurumları hələ də orta əsrlərin feodal təfəkküründən ayrıla bilməyən kəslərə istədikləri özbaşınalığı həyata keçirmək imkanı verməzlər. Təxminlərimdə yanılaramsa, başıma gələnləri “Allahın yazqısı” bilib və “Vətən sağ olsun” deyib yoluma davam edəcəyəm. Həzrət Əli demişkən, kimlərsə öz pis əməllərindən əl çəkmək istəmirlərsə, mən niyə yaxşı hesab etdiyim işləri davam etdirməkdən vaz keçməliyəm?
Fəqət son günlər qarşılaşdığım bir təhdidin yalnız mənə qarşı yönəlmədiyinə, həm də ictimai əhəmiyyət kəsb etdiyinə, hətta məndən daha çox, Sizi və komandanızı hədəfə aldığına inanıram. Sizi narahat etməyimin əsas səbəbi də məhz budur və zati-alilərinizi bu barədə xəbərdar etməyi özümün vətəndaşlıq borcu hesab edirəm.
Cənab Prezident, vaxtınızı çox almadan sözümün əsas məğzınə keçmək istəyirəm.
Bir neçə gün öncə Naxçıvan DİN-də çalışan polis əməkdaşlarının redaksiyamıza ünvanladığı şikayət məktubları əsasında hazırladığım növbəti məqaləni yayımladıqdan sonra Asem Kazimov adlı facebook istifadəçisinin həmin paylaşımın altında əvvəl yazıb sonra sildiyi bir rəylə qarşılaşdım. Rəydə diqqətimi ən çox çəkən isə bu cümlələr oldu: “Sən cənab Rəşad İsmayılovu nə haqla Vilayət Eyvazovla müqayisə edirsən? Naxçıvanda bir daxili işlər naziri var; o da Rəşad İsmayılov! Mən bilirəm, sənin arxanda kimlər durub. Sən canlı yayımda müraciət etdiyin şəxslərə arxalanırsan. Amma əmin ol ki, onlar sənə kömək edə bilməyəcək. Sən bir gün qandallanıb gətiriləcəksən Naxçıvana. Əmin ol ki, həmin vaxt mən özüm şəxsən sənin o barmaqlarını sındıracam. Onda biləcəksən ki, Cənab Sədrimiz, Cənab Nazirimiz Rəşad İsmayılov barədə yazmaq nə deməkdir… Rəşad müəllimin özü səni Naxçıvan Daxili İşlər Nazirliyinin podvalında başa salacaq. Həmin vaxt güvəndiyin heç kim sənə kömək edə bilməyəcək” (Sözügedən rəyin foto-sürəti məktuba əlavə olunur).
Göründüyü kimi, Asem Kazımov adlı bu şəxs təkcə məni təhdid etməklə qalmır, həm də Naxçıvan həbsxanalarında dustaqlara ağır işgəncələr verildiyindən, hətta yeri gələndə qanunsuz göz altına alınanların barmaqlarının sındırıldığından danışır. Bundan əlavə, Naxçıvan DİN-in bir ağası olduğunu, bu qurumda Azərbaycan DİN-in şələsinin fırlanmadığını etiraf edir. Ən əsası isə, mənim arxalandığım şəxslərin Naxçıvanda sözünün keçmədiyini də gizlətmir. Sual oluna bilər: bəs mühəddidin (təhdid edən şəxsin) nəzərincə, “mənim güvəndiyim” o adamlar kimlərdir?
Bu suala Asem Kazımovun özü aydınlıq gətirərək bildirir: “Sənin canlı yayımda müraciət etdiyin şəxslər”. Cənab Prezident, ərz edim ki, bəhs olunan canlı yayımda üz tutub səsləndiyim 3 şəxs var idi: onlardan biri Siz - Azərbaycan Prezidenti İlham Əliyev, digərləri isə I vitse-pezident Mehriban xanım Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazov idi. Dolayısıyla Asəm Kazımov adlı bu şəxs Naxçıvan Muxtar Respublikasında haqqında danışılan dövlət yetkililərinin də acizliyindən bəhs edirdi. Doğrusu, bu rəyi özümə qarşı təhdid, dövlət yetkililərinə qarşı isə həqarət kimi qiymətləndirdim və nə yazıq ki, buna başqa ad vermək də mümkün deyildi.
Cənab Prezident, açığını deyim ki, həmin rəydə məni öz həyatım qədər düşündürən məsələlərdən biri də Sizin Naxçıvan MR hakimiyyəti qarşısında acizliyiniz barədə irəli sürülən fikirlərdir. Asəm Məmmədov adlı bu dövlət yetkilisi həmin sözlərlə əslində Konstitusiyanın müxtəlif maddələri ilə təsbit olunmuş suverenlik, ərazi bütövlüyü, unitarlıq və s. kimi dövlətçilik prinsiplərimizə və Sizin vətəndaş hüquq və azadlıqarının təminatçısı sifətinizə kölgə salırdı. Nədən ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I. Bəndinə əsasən, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Əsas qanunun 7-ci Maddəsinin III Bəndinə, 99-cu Maddəsinə görə isə, icra hakimiyyəti sizə mənsubdur. Dolayısıyla, mənim hüquq və azadlıqlarımı qorumaq Sizin borcunuzdur və Naxçıvan MR yetkilisinin sözlərinə görə, bu diyarda Siz vətəndaşlar qarşısında öz borcunuzu yerinə yetirmək iqtidarında deyilsiniz (bunları nəql etmək belə, mənə dəhşətli gəlir və göstərdiyim cəsarətə görə əfvinizə sığınıram).
Bundan əlavə, Konstitusiyanın 8-ci maddəsinə görə, “Prezident ölkə daxilində və xaricində Azərbaycanı təmsil edən yeganə şəxsdir”. Məhz bu səbəbdən yalnız sizin iştirakınızla keçirilən diplomatik görüşlərdə Azərbaycan bayrağı qoyulur. Məhz Siz harasa rəsmi səfərlərə gedəndə Azərbaycan himni səsləndirilir. Kiminsə bəyənib-bəyənməməsindən asılı olmayaraq, Siz Azərbaycan bayrağı, himni və digər dövlət simvolları ilə bütövləşmiş birisisiniz və Prezidentə yönəldilən hər hansı aşağılayıcı tövr digər milli siyasi rəmzlərimizdə olduğu kimi mənim dövlətimə ünvanlanır. Məhz bu səbəbdən də Siz hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını qorumağa borclu olduğunuz kimi, hər bir Azərbaycan vətəndaşı da Sizə hörmət etmək məcburiyyətindədir. Nə yazıq ki, Konstitusiyanın vətəndaşlar qarşısında qoyduğu dövlət rəmzlərinə ehtiram öhdəliyi (Maddə 23) Naxçıvan MR-in yüksək yetkili məmuru tərəfindən kobud şəkildə pozulur və bildiyimə görə, həmin şəxs hələ də layiq olduğu cəzanı almayıb. Üstəlik, həmin rəsmi şəxs Naxçıvanın Daxili İşlər nazirinin Vilayət Eyvazov yox, Rəşad İsmayılov olduğunu açıq şəkildə dilə gətirərək sanki iki fərqli dövlətdən danışır.
Soruşa bilərsiniz: Sizə, I Vitse-prezidentə və Daxili İşlər nazirinə meydan oxuyan bu şəxs kimdir?
Onun barəsində topladığım qısa məlumatı sizinlə paylaşıram. Ümidvaram ki, bir jurnalist kimi əldə etdiyim məlumatlar Sizin və müvafiq dairələrin də diqqətini çəkər, təkcə mənə yox, həm də dövlətçilik dəyərlərimizə qarşı yönələn təhdidin hardan gəldiyini aydınlaşdırmağınıza yardımçı olar.
Asəm Kazımov - 02.02.1988-ci ildə anadan olub. Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Rütbəsi polis-mayorudur. Hazırda Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsində (dövlət sirri sayıldığından bu şöbənin adını açıqlaya bilmirəm) xidmət edir. Nazir əvəzi Rəşad İsmayılovun ən güvəndiyi adamlardan biridir. Eləcə də Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsinin rəisi Tofiq Qarayevin sağ əlidir. Naxçıvan DİN-in hazırkı rəhbərliyinin bütün qara-qura işlərini görən şəxslərdən sayılır. Məlumata görə, əslən Şərur rayonundan olan Asəm Kazımov el arasında “boz kardinal” ləqəbilə ün qazanmış Ramiz Mehidyevin həmkəndlisidir. Hətta ona qohumluğunun çatdığı da vurğulanır. Deyilənə görə, Şərur rayonunun Qarxun kəndindəndir.
Bildirilir ki, Azərbaycan dövlətçiliyinə qarşı meydan oxuyan Asəm Kazımovun arxası xeyli güclüdür. Nə Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Əhməd Əhmədov, nə də onun xələfi Fazil Ələkbərov dəfələrlə cəhd etsələr də, bu adamı yerindən tərpədə bilməyiblər. Onun Ramiz Mehdiyevin rəhbərliyi altında hələ də fəaliyyətini sürdürən “5-ci kolon”unun Naxçıvandakı uzantısının qollarından biri olduğu barədə iddialar var.
Cənab Prezident, yəqin Siz də razılaşarsınız ki, Naxçıvan MR rəhbərliyinin mənə qarşı irəli sürdüyü təhdidlər həm də Sizə və dövlətimizin digər qurumlarına yönəlmiş başqaldırı, qiyamdır. Yenə altında Sizin imzanız olan Konstitusiyamızın 54-cü Maddəsinin II. Bəndinə əsasən “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur”. Mən isə bunu təkcə hüququm kimi yox, həm də vətəndaşlıq borcum kimi görürəm. Odur ki, yaxalanaraq Naxçıvana aparılıb barmağımın kəsilməsinə söz verən Muxtar Respublika hakimiyyətini çox əziyyətə salmadan özüm onların ayağına getməyi planlaşdırıram. Yeganə məqsədim Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Mirzə Cəlilin heykəli qarşısında kəsilməsi vəd edilən 2 barmağımı (şəhadət və orta barmağımı) qaldırmaqdır. Nəzərinizə çatdırıram ki, bu iki barmaq həm də Viktoriya (qələbə) rəmzini ifadə edir və mən bu barmaqları Sizin və digər adı çəkilən dövlət adamlarının əvəzinizə qaldırmaq istəyirəm. Çünki mənim davam şəxsi maraqlarımdan yox, Sizin vətəndaş hüquq və azadlıqlarının təminatçısı adınızın qorunması niyyətimdən irəli gəlir. Odur ki, mən Naxçıvandan barmaqlarımla bərabət qayıda bilsəm, bu, məndən çox, Sizin Müzəffər Ali Baş Komandan aktivinizə yazılacaq. Yox əgər barmağımı Naxçıvanda itirib geri qayıdaramsa, canım cəhənnəmə, qoy 1-0 Naxçıvan MR Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun xeyrinə olsun. Qoy, Vasif Talıbov öz əyan-əşrəfinin başına toplayıb Sizin üzərinizdə növbəti möhtəşəm qələbəsini xüsusi təmtəraqla qeyd eləsin. Mənə barmaqlarımın qələbə rəmzi (ya Sizin, ya da Vasif Talıbov həzrətlərinin) kimi Azərbaycan siyasət tarixinə düşməsinin təsəlləsi yetər.
Böyük ehtiramla: Ovqat.com-un Baş redaktoru Heydər Oğuz
03.01.2022
Oxşar Xəbərlər
"İran Azərbaycan ərazilərinin işğaldan azad olunmasına sevinir"- Zərif
Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
BİZ ZƏNGƏZUR DƏHLİZİNİ İCRA EDƏCƏYİK!
Azərbaycanda nazir işdən çıxarıldı
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…