8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlumatda o da bildirilir ki, kənd sakinləri heykəlin ətrafında təmizliyə riayət etməyə və bu heykəli mütəmadi olaraq ziyarət etməyə məcbur edilir.
Gülabba Xəlilov bir vaxtlar məşhur pambıqçı olub. Tərcümeyi-halında bildirildiyinə görə, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic” qızıl medalı alıb.
Sovet Azərbaycanının miqyasında G.Xəlilovu görkəmli insan hesab etmək olar, lakin Sovet İttifaqında mövcud olan qaydalara görə, heykəl yalnız iki dəfə Qəhrəman adı almış şəxslərə qoyulurdu. Yəni Gülabba Xəlilova heykəl qoyula bilməzdi.
Bu tarixi "ədalətsizliyə” onun oğlu Rüstəm Xəlilov son qoyub. Nə qədər qəribə səslənsə də, müstəqil Azərbaycanın Milli Məclisinin deputatının imkanları və şöhrəti SSRİ-nin Sosialist Əməyi Qəhrəmanında olduğundan çoxdur.
Amma ortaya belə bir məntiqin sual çıxır: illər sonra oğlu Milli Məclisin deputatı olmasaydı, Azərbaycanda kimsə qəhrəman pambıqçı Gülabba Xəlilovu xatırlayacaqdımı?