8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Anar Əliyev: “Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”Hörmətli çoxsaylı oxucular! Yəqin ki, bir neçə gün bundan öncə “Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır” başlıqlı yayımladığımız məqalədə qeyd etdiklərimizlə tanışsınız. Yəni, yayımladığımız məqalədə qeyd etmişdik ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində bildirir ki, “Qardaşım Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və onu Pələkli kənd qəbristanlığında dəfn etdik. Bəli, qardaşım Aqil Əliyev qanını, canını bu Vətən yolunda qurban verdi və o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucaldı.Bu gün biz şəhid ailəsi olsaq da, nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdan, nə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədovdan, nə də ki, RİH başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən lazımi diqqət və qayğını görə bilmirik. Sizə təqdim etdiyim, hansı ki, uçuq-sökük vəziyyətdə olan yaşayış evində, hal-hazırda mən, xəstə anam, əlil bacım, əqli cəhətdən ciddi problemi olan xəstə qardaşım, həyat yoldaşım və qızım yaşayır. Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”. Qeyd edim ki, bu gün mən fəhlə işləyirəm, anam pensiyaçıdır və dövlətdən şəhid ailəsi olduğumuza görə təqaüd alırıq. Bütün bunlara baxmayaraq, ailə üzvlərimizin sayı çox olduğundan dolanışığımızı gücbəla ilə təmin edə bilirik. Yəni, maddi imkansızlığımız yaşayış şəraitimizi yaxşılaşdırmağa heç cür imkan vermir.Bundan əlavə, bizim yaşadığımız evdən kənd qəbristanlığına, hansı ki, qardaşım Vətən müharibəsi şəhidi Aqil Əliyevin də dəfn olunduğu qəbristanlığa təqribən 7-8 km aralı məsafə var. Həmin yol elə bərbad haldadır ki, nəinki yağmurlu günlərdə, heç yağmursuz günlərdə də ora getmək olur. Belə bir vəziyyətlə əlaqədar bir neçə dəfə Tovuz RİH Aparatında olmuşam, həmin qəbristanlığa gedən yolun müəyyən qədər qaydaya salınmasını xahiş etmişəm. Təəssüflər olsun ki, bu yöndə etdiyim xahişlərin heç birinə məhəl qoyan olmayıb. Yəni, açıq-aşkar şəkildə hər dəfə məni “yola veriblər” və bu cür qayğısızlıq, belə bir diqqətsizlik bir şəhid ailəsinin üzvü olaraq bizi sızıldadır. Bizim ailəyə bəslənilən “xor münasibət” təkcə bunlarla yekunlaşmır.WhatsApp Image 2022 09 19 at 15.33.15 1Məsələn, xeyli müddət bundan öncə Tovuz rayon məşğulluq idarəsinin əməkdaşları bizə xəstə, olduqca arıq iki iribuynuzlu heyvan verdilər. Elə ki, verilən heyvanların durumu bizi şoka saldı, o halda məcbur olub onları başqa iribuynuzlu heyvanla dəyişdirdik. İkinci dəfə bir az fərqli durumda heyvan versələr də, bu gün də onları iynə-dərmanla yaşadırıq. Həmin vaxt anam məşğulluq idarəsində çalışan Sənan adlı əməkdaşa “Mənim övladıma niyə belə fərq qoyursunuz” deyə sual verdi, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verdi.Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən başqa, şəhidin ailə üzvlərinə qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Bütün bunlar da onu sübut edir ki, yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmasa, o halda Tovuzda fəlakət baş verəcək? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.WhatsApp Image 2022 09 19 at 15.33.14 1Mövzuya qayıdacağıq. Bizi izləyin.araz.az