8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub. Buna səbəb onun müəllimlərdən pul tələb etməsidir.
Sosial şəbəkələrdə geniş rezonansa səbəbolan bu hadisədən sonra ortaya çıxan suallardan biri də dövlətin məktəbələrə ayırdığı təmir pulu məsələsidir.
Orta məktəblərə dövlət tərəfindən təmir üçün pul ayrılırmı?
Ayrılırsa, niyə müəllimlərdən təmir pulu yığılmalıdır?
Təhsil üzrə ekpert Elçin Əfəndi açıqlamasında bildirib ki, hər il dövlət büdcəsindən müvafiq olaraq Azərbaycanda fəaliyyət göstərən 4,440-dan çox orta təhsil müəssisələrinə vəsait ayrılır:
“Bu təhsil müəssisələri içərisində tikinti işləri üçün də müəyyən maliyyə vəsaiti ayrılır və müəyyən maliyyə vəsaiti ilə də həmin istiqamətlərdə müəyyən işlər aparılır".
Mütəxəssis onu da əlavə edib ki, əgər tikintiyə ehtiyac duyulduğu halda həmin məktəbin direktoru Elm və Təhsil Nazirliyinə müraciət etmirsə, nəticə etibarilə, direktor özünü sığortalamaq üçün müəllimlərdən pul yığmağa başlayır:
“Yaxud da şagirdlərdən müəyyən ödəniş tələb edir. Təbii ki, bu halların qarşısını almaq üçün vaxtında müraciət olunarsa, dövlət tərəfindən müəyyən yardım tədbirləri görülər. Amma hər hansı təmir-tikinti işlərinə ehtiyacı olmadığı halda məktəb rəhbərliyi pul vəsaiti yığmağa başlayırsa, bu, qanunvericiliyin pozulması və həmin müəllimin öz imkanlarını genişləndirməsi deməkdir”.
“Hamı nəzərə almalıdır ki təhsillə rüşvət heç zaman bir araya gələ billməz. Belə hallarla rastlaşan vətəndaşların vaxtında müraciət etməsini tələb edirəm ki, qanunlara zidd yanaşan insanlar vaxtında cəzalarını çəksinlər”, – deyə müsahibimiz yekunlaşdırıb.
Yenisabah.az