8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Şəki rayon Cəfərabad kənd tam orta məktəbində araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
"Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib", - məlumatda deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Şəkidəki məktəbin müəllimləri direktora etiraz edərək dərsə girməyiblər. Buna səbəb korrupsiya əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.
yenisabah.az