Həyətinə kanalizasiya suyu axıdılan 70 yaşlı qadının şikayətinə baxılmır... - “Deyirlər ki, problemi özünüz aradan qaldırın…” / VİDEO


Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 358 nömrəli bağ evinin sakini Ağayeva Gülnişan Davud qızı tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi bildirir ki, uzun müddətdir kanalizasiya suyu onun həyətinə axıdılsa da, müvafiq qurumlar bu problemi həll etmirlər.

G.Ağayevanın dediyinə görə, su-kanal idarəsinin rəhbərliyi məsələ ilə bağlı xəbərdar edilsə də, onlar “bu, bizim işimiz deyil, problemi özünüz aradan qaldırın”, – deyə cavab veriblər.

Hurriyyet.az şikayətçi xanımın video-müraciətini oxucularına təqdim edir:

 



Oxşar Xəbərlər

Xəbər lenti