8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sumqayıt Dövlət Dram Teatrının direktoru işdən azad edildiyi üçün kollektivə 8 aydır əmək haqqı verilmir.
Hurriyyet.az xəbər verir ki, bu barədəTeatrın adının çəkilməsini istəməyən əməkdaşı tərəfindən məlumat verilib.
Bildirilir ki, rəhbərlik kollektivin şikayətinə məhəl qoymurş
Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Dövlət Dram Teatrının direktor müavini, Respublikanın Əməkdar artisti Vidadi Məmmədovla əlaqə saxladıq.
V.Məmmədov müəyyən səbəblərdən gecikmələr olduğunu təsdiqləsə də, lakin iddia olunduğu qədər yubanma olmadığını bildirdi:
“Öncə onu qeyd edim ki, mənə dünən - 02.11.2022-ci ildə müvəqqəti direktor müavini vəzifəsi verildi. İndiyədək həmin vəzifə boş olduğu üçün müvvəqqəti çətinlik oldu. Yəni maaşlar ayın 1-dən verilməli olduğu halda, bir neçə gün gecikib.
Bizdə də, bəzi penisyalar kimi, əmək haqqı vaxtından tez verilirdi. Lakin bu ay 40-50 faiz insanlara bu gün - ayın 3-də maaş ödənilib və ödəməyə də davam edirik. Teatrda heç vaxt gecikmə olmayıb, əksinə əmək haqqı ödənişi həmişə tez olub. Sadəcə, dediyim kimi, sonuncu ay fərq olub, adətən tez alırdılar, bu dəfə ayın 3-də ödənilib. Bu səbəbdən də narahatçılıq olub”.
Vidadi Məmmədov maaşların 7 ay gecikdiyi haqda iddialara da aydınlıq gətirib. “Mən dünən bəzi saytlarda bu “7 ay” yazısını oxudum və müsahibə verən şəxslə, yəni Rafael Ağakişiyevlə əlaqə saxladım. Onun sözlərinə görə, 7 aydı əmək haqqı almadığını deməyib. Sadəcə ayın 24-25 tarixlərində əmək haqqının verilmədiyini və teatrda 7 aydır direktorun olmadığını deyib. Bu isə yanlış anlaşılıb”.
Hurriyyet.az