8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kəngərli rayon Qarabağlar kənd sakini Amar Hüseyn deyir ki, onu polisə aparıb, zorla, təhdid altında 20 ton taxılını əlindən alıblar.
Sozcu.info xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb və sözügedən şəxsin video müraciətini paylaşıb.
Qeyd olunub ki, bundan əvvəl isə rayonun icra başçısı Kamal Ələkbərovun göstərişi ilə onu "vətən xain"i adlandıraraq, öncə YAP sıralarından, daha sonra isə müəllim kimi çalışdığı universitetdən uzaqlaşdırıblar, atasının baytarlıq aptekini əlindən alıblar.
Amar Hüseyn 2020-ci ildə Naxçıvan MR Ali Məclsinə seçkilərdə 15 saylı Qarabağlar Dairəsindən deputatlığa müstəqil namizəd olub. O deyir ki, seçkidə qalib gəlsə də, nəticələr saxtalaşdırılıb, qələbəsi əlindən alınıb. Həmin vaxtdan öz hüquqlarının bərpası üçün mübarizəyə başlayıb.