“ƏLİMDƏ İCAZƏ SƏNƏDİM OLSA DA, MƏNİ CƏRİMƏLƏDİLƏR” – Bakı sakini yol polisindən şikayətçidir


Bakı şəhər sakini İlqar Hüseynov tərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi polislər tərəfindən şərləndiyini iddia edir.

“Mənim 77 HM 231 “Vito” markalı avtomobilimi 411 serialı yol polisi maşını saxlayaraq, konstruksiya dəyişikliyi olunduğunu bildirdi. Man polislərə Baş Dövlət Yol Polisi İdarəsindən aldığım icazə sənədini göstərdim. Amma buna məhəl qoymayan polis işçisi cərimə meydançasına gedilməli olduğunu bildirdi.

Beləliklə, 3 yol polisi məni tabe olmamaqla hədələdi. Bundan sonra, onlarla birgə cərimə meydançasına getməli oldum.

Məni 7-ci otağa qəbula yazdılar. Orada Hümmət Paşazadə adlı şəxs özünü mənim yerlim kimi təqdim edərək, “hər kəsə 150 AZN, amma səninlə yerli olduğumuza görə 100 AZN ver”, - dedi. Tələb olunan pulu verməyə məcbur oldum. Sonra cərimə meydançasına getdim ki, maşını götürüm, orada da 5 AZN pulumu aldılar.

Yəni polislər başımıza bu cür oyun açırlar. Kimə, hara, necə şikayət edək, bilmirik. “Kimdən kimə” məsələsi…”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 



Oxşar Xəbərlər

Xəbər lenti