“Bir çox ailələri belə xəstəxanalar bədbəxt edir…” - ŞƏMKİR SAKİNİ XƏSTƏXANA RƏHBƏRLİYİNDƏN ŞİKAYƏTÇİDİR / VİDEO


Şəmkir rayonu, Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindən şikayətçidir:

“16 yanvar tarixində, səhər saat 10 radələrində 2 azyaşlı əkiz övladlarımı qızdırmalı halda Şəmkir rayonu Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə apardım. Növbətçi həkim Səadət xanım bildirdi ki, bizə heç bir dərman vasitəsi verilmir, get öz vəsaitin hesablna al. Mən gedib dərmanı öz çəxsi vəsaitim hesabına aldım.

Həmin gün gecə saatlarında isə oğlumu 40 dərəcə temperaturda xəstəxanaya aparmalı oldum. Yenə də Səadət həkim bildirdi ki, ağrıkəsicidən başqa dərman yoxdur. Mənim övladıma ağrıkəsici ilə yardım olundu. Mən məcbur qalıb uşağı qızdırmalı halda Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə apardım.

Yanvarın 17-də Şəmkir Rayon Xəstəxanasının şöbə müdiri Surac həkimin (Hüseynov Surac Namiq oğlu – red.) qəbulunda oldum. O da təsdiqlədi ki, “bizə dərman vasitələri göndərmirlər”.

Mənim uşağım ölə bilərdi. Mənim kimi bir çox ailələri belə xəstəxanalar bədbəxt edir.

Təcili tibbi yardım bölməsində dərmanların olmaması nə dərəcədə düzgündür?”

Şikayətçinin video-müraciətini olduğu kimi oxuculara təqdim edirik:

 



Oxşar Xəbərlər

Xəbər lenti