8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər sakini Məmmədov Ramil Arif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi xalası oğlu Cəfərov Cəfər Nazim oğlundan şikayətçidir:“Mən, Məmmədov Ramil Arif oğlu, Naxçıvan şəhərində yaşayıram. Həyat yoldaşım Məmmədova Sahilə Baxşəli qızı öz adına “Kapital Bank”dan 27%-ə 10 min 370 manat pul götürdü və xalam oğlu, Abşeron rayon Məhəmmədi kənd sakini Cəfərov Cəfər Nazim oğluna maşın almaq üçün göndərdik.Xalam oğlunun dediklərinə görə, mənim adıma maşın aldı. Daha sonra dedi ki, pul göndər maşına bir-iki detal alım, bir də benzin töküm. 300 manat da göndərdim ki, maşını kamaza qoyub, Bakıdan İran yolu ilə Naxçıvana göndərsin.Ondan sonra xalam oğluna zəng vurdum, zənglərimizə cavab vermirdi. Sonra onunla danışa bildim, mənə dedi ki, maşını satıb, gözləmə.Mən Bakıdan vəkil tutdum. Hakim bizim xeyrimizə qərar verdi ki, pulun hamısı alınıb Məmmədov Ramil Arif oğluna verilsin. Xalam oğlunun dəfələrlə məhkəməsi oldu, gəlmədi. Biz təkrar məhkəməyə verdik, yenə gəlmədi. Sonra polis məcburi tapıb məhkəməyə gətirdi. Bu vaxt həbs olunmasın deyə 2000 min manat verdi və hakim ayda 350 manat ödəməsi üçün pul kəsdi. Amma yenidən vermədi.Abşeron Rayon İcra Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirqasımov işimizə laqeyd yanaşır. Axırıncı məhkəmə may ayında olub. İcraçıya da, borclu olan şəxsin özünə də zəng çatmır. Məhkəməyə zəng vururuq, deyir ki, icraçı ilə danışın, icraçı da zənglərimizi açmır. İcraçı məhkəmənin qərarını icra etmir. Xahiş edirik saytınızda işıqlandırın, bizə köməklik göstərin”.Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//