Daha bir yeniyetmə 3 saylı uşaq evi haqda şok faktları açıqladı - VİDEO


Daha bir yeniyetmə 3 saylı uşaq evi haqda şok faktları açıqladı - VİDEO





Bakı şəhəri Xətai rayonu, 3 saylı uşaq evində qalan Cəmil adlı yeniyetmə oradakı şəraitdən şikayət edib.


Hurriyyet.Az xəbər verir ki, yeniyetmə MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl” verilişində bu haqda danışıb. 

Cəmil bildirib ki, uşaq evində həqiqətən də yeməklər bərbad vəziyyətdədir. 

Onun sözlərinə görə, o, bu barədə iradını dəfələrlə 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovaya bildirsə də, o, bununla bağlı heç bir tədbir görməyib:

"Mən özüm də orada qalıram. Ətləri, yeməkləri pis gündədir. Eyni yeməklər hazırlanır. Mən uşaq evində yemək yemirəm. Özüm bununla bağlı dəfələrlə şikayət etmişəm. Üstümə qışqırıb. Deyib ki, biz də bu yeməkdən yeyirik". 

O, Məhbubə xanıma dəfələrlə yaxınlaşıb ev üçün müraciət etdiyini və rəhbərin buna heç bir məhəl qoymadığını, evləri atası-anası olan şəxslərə verdiyini bildirib:

"Sevda adlı qız var, anası var. Ona ev verilib. Məhbubə xanımın icazəsindən asılıdır kimə ev veriləcəyi. Mən heç kimdən qorxmuram. Bu vaxta qədər sözümə demişəm, bu gündən sonra da deyəcəyəm. Mən haqqımı tələb edirəm”.

Yeniyetmənin şikayəti videosüjetdə:



Oxşar Xəbərlər

Xəbər lenti