8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam".
O işdən azad olmağıma səbəb kimi oradan yaydığı videoları göstərib:
Dünən Uşaq Evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70 Ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim "yalnışlığın" sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçı haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasna razı olmayacağam.