"Camaatı nə yerinə qoymusuz?" - NARAZILIQ VAR...

"Camaatı nə yerinə qoymusuz?"
"Şikayətim yay günlərində əvəzsiz və təkrarolunmaz xidmətilə bizi valeh edən "Azərsu" ASC dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Pərvin Muradxanov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Xətai rayonu N.Tusi 31 ünvanında dünən günortadan bəri su yoxdur. Nə fikirləşirsiz? Camaatı nə yerinə qoymusuz? Niyə özünüzü özəl şirkət kimi aparırsınız?

Qapıya çek atıb getməklə deyil. Normal su ilə təmin edin camaatı. Nə vaxt soruşursan "Qəza olub" deyib yola verirsiniz. Bu qəzalardan niyə "Sahil"də, "28 may"da baş vermir?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti