“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı - NƏ BAŞ VERİR?

“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı
“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı.

Sozcu.info Tribunainfo.az-a istinadla xəbər verir ki, sözügedən bankın ay ərzində baş tutacaq bütün məhkəmə işlərində iddiaçı özüdür. Bankın qarşıdakı 30 gün ərzində 54 məhkəmə çəkişməsi var. onlardan hər biri bankın müşatərilərinə qarşı qaldırdığı iddialardır. Bütün məhkəmə çəkişmələrinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr.
“Naxçıvanbank” hətta Naxçıvan Şəhəri Polis İdarəsini də məhkəməyə verib. Naxçıvan İnzibati Məhkəməsində baxılacaq işə hakim Elnur Hüseynov sərdlik edəcək. Bankın qaldırdığı iddiaya 21 sentyabr tarixində bxacaqlar.

Bank ekspertlərinin fikrincə, bir bankın kredit problemi səbəbindən müştərilərini bu cür məhkəməyə verməsi bankın qeyri-peşəkar fəaliyyətindən xəbər verir. Ekspertlər bildirir ki, bank mütəxəssisləri vətəndaşın gəlirlərini, işinin daimiliyini nəzərə almadan kredit müqaviləsi imzalayır. Ekspertlər bildirir ki, bu qeyri-peşəkar banklara xas xüsusiyyətdir.



Oxşar Xəbərlər

Xəbər lenti