8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Biləsuvar rayonu, Çaylıkənd sakinləri Mirzəyev Şahin Ədalət oğlu, Kərimov Camal Kərim oğlu, Nadirov Güloğlan Xalq oğlu, Kərimov Rəhim Kərim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Bələdiyyə sədri Əfqan Astanov vətəndaşları aldadaraq, onlara saxta sənədlə torpaq satıb:
"Biz kənd sakinləri olaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Şikayətçilər arasında adları çəkilməyən kənd sakinləri də var. Bütün kənd bu Bələdiyyə sədrinin əlindən bezib.
Biz də vaxtilə onun saxta sənədlərinə inanıb, torpaq almışıq. Biz sakinlərdən külli miqdarda pul alıb, bizi aldadıb".
Qeyd edək ki, Çaylıkənd Bələdiyyəsinin sədri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Şikayətçilərin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:
Jalə FAMİLQIZI