Dövlət Aqrar İnkişaf Mərkəzi sakinlərə ayrılan vəsaiti mənimsəyir? – İDDİA


Göygöl rayonu, Topalhəsənli kənd sakini Qocayev Ramal  Fəxrəddin oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Göygöl Rayonu Dövlət Aqrar İnkişaf Mərkəzi dövlət tərəfindən ona ayrılan pulu vermir:

“Mən, Qocayev Ramal Fəxrəddin oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bizim 1 hektar 46 sot torpaq sahəmiz var. Torpağa təzə çıxarış belə, almışam. Göygöl Rayonu Dövlət Aqrar İnkişaf Mərkəzi dövlət tərəfindən mənə ayrılan taxıl pulumu vermir. May ayından bu yana hər gün məni aldadırlar.

4 dəfə idarəyə getmişəm, hər dəfə məni aldadaraq, “telefon nömrəni ver, əlaqə saxlayacağıq”,- deyirlər. Qeydiyyata yazan xanım da bildirmişdi ki, uzağı may ayının axırında pulun veriləcək. Amma bu günə kimi ala bilməmişəm. Ailəmi əkin-biçin işi görərək dolandırıram. Xahiş edirəm ki, haqqım olanı mənə verməyən qurum haqqında bir tədbir görülsün”.

Məsələ ilə bağlı Göygöl Rayonu Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti