Nazirlik divanları, şkafları üst-üstə verdiyinə, printer versin - Müəllimdən şikayət


Bakıda 184 nömrəli məktəbdə printer çatışmır.

Sozcu.info xəbər verir ki, bununla bağlı məktəbin müəllimi Gülsüm Biləndərli paylaşım edib.

O, qeyd edib ki, sinifdə printer olmadığı üçün kserokopiya etməkdə çətinlik yaranır, gecikdirmələr olur:

“A4 vərəqlərini alıram amma printer almağa nə mənim, nə də sinfin imkanı var. İdarə və ya nazirlik divanları, şkafları üst-üstə verdiyinə xahiş edirəm, sinfimizə printer versin”, - deyə paylaşımında qeyd edib.

Müəllimin şikayətinə “Cüzdanima indiyə qədər haram pul girməyib. Muəllimdən keyfiyyətli iş tələb olunur, amma resurslarla təmin edilmir”, “Bunları düşünən yoxdur”, “”Steam” avadanlığı verməkdənsə elə printer daha yaxşıdır” kimi şərhlər yazılıb.

Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev "1 şagirdə ildə 7 min pul xərcləyirik", deyə bildirmişdi. Nazirin bu sözləri sosial mediada geniş müzakirəyə səbəb oldu.

bakupost.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}