Bir aydır səkini qazıb gediblər... - FOTOLAR


  • Bakının Xətai rayonunda küçələrdən birində səki qazılıb, üstü açıq qalıb.

Sozcu.info-ya müraciət edən şikayətçi bildirir ki, Rahib Məmmədov küçəsində səkini xeyli müddətdir qazıblar, lakin üstü örtülməyib:

"Təxminən dekabrın ortası idi, gəldilər, texnika ilə qazdılar. Elə bildik iş bitəndə qaydasına salıb gedəcəklər. Amma şəkildə gördüyünüz kimi, üstünü açıq qoyub gediblər. Düzdür, ətrafını mühafizə ediblər, amma yenə də uzun müddətdir bu vəziyyətdə qalması təhlükəlidir. Uşaqlara görə narahatıq. Yolun kənarıdır, bir anlıq ehtiyatsızlıq olsa, bir hadisə olsa, kim cavab verəcək?"

TEMİRİ.jpeg (277 KB)

Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Musavat.com-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

"Ərazidə qəzalı vəziyyət yaranıb. İşlər "Azəristiliktəchizat" ASC tərəfindən aparılır. Qəzalı vəziyyəti aradan qaldırmaq üçün lazımi materiallar sifariş verilib. Yaxın bir neçə gündə problem həll olunacaq".

ELVİN SON.jpg (28 KB)

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı isə bildirdi ki, təmir 10 gün öncə başlayıb. O qeyd etdi ki, yaxın günlərdə təmir işi bitəcək:

"Hazırda əraziyə baxış keçirilir. Problemin tam aradan qalxdığına əmin olanda üstü bağlanacaq. Bir neçə gün ərzində qazıntının üstü örtüləcək".
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}