8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Necə olur ki, mənimlə eyni statusda olan döyüş yoldaşım, sosial kartı olmadığı halda, məndən daha çox pensiya alır?!”
Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Yusifov Sərdar Şəfirza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Birinci Qarabağ Müharbəsinin iştirakçısı olduğunu bildirən şikayətçi iddia edir ki, onun pensiyası düzgün hesablanmayıb:
“Mən, Yusifov Sərdar Şəfirza oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, Birinci Qarabağ Müharbəsində ağır dərəcəli kontuziya almışam, II qrup əliləm. Ordudan tərxis olunduqdan sonra, 20 il bir şirkətdə işləmişəm, sosial kartımda 72 min AZN vəsait toplanıb. Pensiyam aşağı olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Nazirlikdən cavab gəldi ki, sizin pensiyanız düzgün hesablanıb və heç bir artım şamil olunmur.
Necə olur ki, mənimlə eyni statusda olan döyüş yoldaşım, sosial kartı olmadığı halda, məndən daha çox pensiya alır?! Nazirlik bu məsələ ilə bağlı heç bir etirazı qəbul etmir”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini dərc etməyə çalışacağıq.