Gürcüstanda hökumət prezidenti məhkəməyə verdi


Hurriyyet.az xəbər verir ki, Gürcüstan hökuməti ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə iddiasının qaldırılmasında məqsəd Prezidentin Nazirlər Kabinetinin səfirləri təyin eləmək və ya işdən çıxarmaq təqdimatlarını rədd eləmək səlahiyyətinin olmadığını isbat eləməkdir.  Bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi saytında dərc edilib. “Sputnik Gürcüstan” agentliyinin açıqlamadan gətirdiyi sitatda deyilir: “İcraiyyə Hakimiyyətinin yeganə ali orqanı ölkənin xarici və daxili siyasətini həyata keçirən Gürcüstan hökumətidir”.

Açıqlamada qeyd edilir ki, Gürcüstan parlament respublikasıdır və Konstitusiyaya görə Prezidentin nə icra hakimiyyəti, nə də daxili və xarici siyasəti həyata keçirməkdə iştirak səlahiyyəti var – bu, hökumətin müstəsna hüququdur.

“Gürcüstan hökumət Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, səfirlərin və diplomatik nümayəndəliklərin vəzifəyə təyin edilməsi və işdən çıxarılması səlahiyyətlərinin Gürcüstan Prezidenti ilə Gürcüstan hökuməti arasındakı bölüşdürməsi ilə bağlı aydınlaşdırma verilməsini xahiş edir”.




Oxşar Xəbərlər

Xəbər lenti