8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.
Sozcu.info xəbər verir ki, bunu yeniavaz.com-a yaşadığı evdə canına qəsd edən Mingəçevir sakini, Vətən müharibəsi iştirakçısı Mircavad Hacıyevin atası Hidayət Hacıyev deyib.
O bildirir ki, Mircavad dörd bacının bir qardaşı idi. H. Hacıyev deyir ki, indi oğlundan geriyə iki azyaşlı övladı qalıb:
“ Anası da, mən də şəkər xəstəsiyik. Mircavadı evləndirdim ki, bizə həyan olsun, ev-eşik yiyəsi olsun. Mingəçevirdə dəmir-beton zavodunda işə girmişdi. Sosial yardım alması üçün iş yerindən sənəd lazım idi. Amma o zavodda günəmuzd işləyirdi. Ona görə də sosial yardımı da kəsilmişdi. Qoçaq uşaq idi, amma ailəsini dolandırmaq üçün iş tapa bilmirdi. Hiss edirdim ki, uşaq əziyyət çəkir. Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi. Kirayədə yaşayırdı. Kirayə haqqını da biz verirdik”.
Mircavad Hacıyev
H. Hacıyev deyir ki, intihar etməmişdən bir gün əvvəl Mircavadın anasının ad günü münasibəti ilə ata evində toplaşıblar:
“Yedik, içdik. Oğlum yaşadığı kirayə evə getdi, uşaqları və yoldaşı bizdə qaldı. Səhər telefonuna zəng etdim, zəng çatmadı. Böyük nəvəmi göndərdim ki, get dayına bax gör, nə edir? Nəvəm gedib görüb ki, yaşadığı evdə qaz borusundan özünü asıb. Bizi də, uşaqlarını da qara günə qoydu”.
Ata bildirir ki, M. Hacıyevin 2 və 3 yaçında iki qız övladı var. O deyir ki, həyat yoldaşı da, özü də xəstədir və onlara baxmağa maddi imkanları yoxdur. H. Hacıyev onlara kömək göstərilməsi üçün aidiyyəti qurumlardan kömək istəyir.
Qeyd edək ki, ötən gün – aprelin 17-də Mircavad Hacıyev Koroğlu küçəsi 23 ünvanında yerləşən evində özünü asaraq canına qəsd edib.