8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Belarus Prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin qarşısını almağa çağırıb.
O, bu barədə Minskdə “Belarus xatırlayır” vətənpərvərlik tədbiri çərçivəsində Qələbə abidəsi önünə əklil və gül dəstələrinin qoyulması mərasimində danışıb.
“Biz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. Bunun üçün hamımız birləşməliyik”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, bəşəriyyət öz tarixində bir vaxtlar artıq ümumbəşəri şərə qarşı birləşməyi bacarıb və bu, Qələbəyə gətirib çıxarıb.
Xatırladaq ki, aprel ayında Ukraynanın baş naziri Denis Şmıqal belə bir fikir bildirmişdi ki, Rusiya Ukraynanı döyüş meydanında məğlub etsə, üçüncü dünya müharibəsi başlayacaq.//publika.az