Prezidentə məlumat verən VƏTƏNDAŞIN ƏMLAKI MƏHV EDİLDİ


Baş prokurorun vətəndaşı fiziki məhv etdirmək təhlükəsi…

Bakı şəhəri, Nizami küçəsi ev 53, mənzil 41-də yaşayan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən  redaksiyamıza şikayət məktubu daxil olub. Prezidentə, Birinci vitse-prezidentə, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət edən şikayətçi bildirir ki, 30 ildən artıq xüsusi mülkiyyətində və istifadəsində olan əmlakı oğurlanmış, yandırılmış, uçurulmuş, sonda isə tamamilə məhv edilmişdir.

Şikayətçi bildirir ki, Prokurorluq orqanları tərəfindən cinayətin üstünün ört-basdır edilməsi barədə şəxsən Prezidentə və Birinci vitse-prezidentə etdiyi müraciət Baş prokuroru əsəbləşdirmiş və nəticədə əmlakı bir dəfəlik məhv edilmişdir. Şikayətçinin bu barədə verdiyi məlumatı və müraciətini olduğu kimi dərc edirik...

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!     

Bildirirəm ki, 06.03.2024-cü il tarixdə bağ evimdə oğurluq hadisəsi olmuşdur. Qanunsuz dəstənin üzvləri sonda törətdikləri cinayətin izini itirmək məqsədilə əmlakımı qəsdən məhv etmiş və əmlakıma ziyan vurulmuşdur.

Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdim. Hüquq-mühafizə orqanları cinayətkar dəstənin üzvlərini müəyyənləşdirdilər və sonda pul alıb məsuliyyətdən yayındırdılar.

Bununla bağlı, eləcə də ibtidai araşdırmaya nəzarət edən Suraxanı rayon Prokurorunun qanunsuz hərəkətləri barədə Baş prokuror Kamran Əliyevə müraciət etdim. Şikayətimə məhəl qoyulmadığını görüb, cənab Prezidentə, Birinci vitse-prezidentə müraciət etdim. Müraciətdə Prokurorun pul alıb cinayətin üstünü ört-basdır etdiyini, yəni əsl həqiqəti bildirmişəm.

Mənim bu müraciətim Baş prokuror Kamran Əliyevin xoşuna gəlməmiş, hətta bu müraciətdən qeyzə gələn Baş prokuror aidiyyəti üzrə göstəriş vermiş, cinayət məsuliyyətindən yayındırdığı dəstənin üzvlərini yenidən  hərəkətə keçirmişdir. Bu dəfə hərəkətə keçən birliyin üzvləri birbaşa Respublikanın Baş prokuroru Kamran Əliyev tərəfindən himayədarlıq olunduqlarını bildikləri üçün, 11.05.2024-cü il tarixdə, təxminən gecə 1:20 radələrində bağ evimə ağır tonajlı xüsusi texnika yeridərək mülkiyyətimi əvvəlcə yandırtmış, sonradan tamamilə məhv etmişlər-uçurtmuşlar.

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!                     

Xüsusilə vurğulamaq istəyirəm ki, Baş prokuror Kamran Əliyevin  yandırtdığı və uçurdaraq tamamilə məhv etdirdiyi ev 30 ildən artıqdır mənim istifadəmdə və  xüsusi mülkiyyətimdədir. Mülkiyyət hüququma dair bütün hüquqmüəyyənedici sənədlər hal-hazırda hüquqi qüvvəsindədir və Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır. 

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!   

Baş prokuror Kamran Əliyev hamıdan yaxşı bilir ki, bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında mülkiyyət hüquqları dövlət tərəfindən qorunur.

Mən bilməzdim ki, Prosessual nəzarəti həyata keçirən Prokurorun pul alıb qanunsuz birliyin üzvlərini məsuliyyətdən yayındırdığı barədə Prezidentə və Birinci vitse-prezidentə məlumat verməyim Baş prokuror Kamran Əliyevdə mənə,ailəmə və əmlakımıza qarşı aqressiya, qəzəb, qisas hissi yaradar!

Mən bilməzdim ki, Prokurorun pul alıb cinayətin üstünü ört-basdır etməsi barədə müraciətim Baş prokurorun Kamran Əliyevin hissiyyatına toxunar!

Mən bilməzdim ki, Prokurorun pul alıb cinayətin üstünü ört-basdır etməsi barədə Prezidentə müraciət etməyimə görə, Kamran Əliyev göstəriş verib təkrardan mənim xüsusi mülkiyyətimi tamamilə məhv etdirərdi!.. Mən bunları bilməzdim...

Məlum məsələdir ki, 06.03.2024-cü il tarixdə törədilmiş cinayət hadisəsi ilə bağlı Prokuror pul alıb, cinayətkar dəstənin üzvlərini məsuliyyətdən yayındırmasaydı, qanunvericiliyin tələblərinə müvafiq araşdırılma aparılsaydı, 11.05.2024-cü il tarixdə cinayətkar dəstənin üzvləri tərəfindən təkrar cinayət hadisəsi törədilməz, mənim əmlakım yandırılmaz və tamamilə məhv edilməzdi.

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!   

Biz bilirik ki, dövlətimiz və dövlətçiliyimiz var. Mənim və yaxud da qeyrisinin əmlakı, xüsusi mülkiyyəti nəyə görə məhv edilməlidir?

Baş prokuror Kamran Əliyev və ya Prosessual nəzarəti həyata keçirən prokuror  vətəndaşın 30 ildən artıq istifadəsində və xüsusi mülkiyyətində olan əmlakını məhv edən dəstənin üzvlərini nəyə görə, nəyin müqabilində məsuliyyətdən yayındırmışdır?

Biz hesab edirik ki, dövlət,dövlətçilik və hakimiyyət təkcə Baş prokuror Kamran Əliyevdən ibarət deyil.

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!

Bizim əmlakımız Baş prokuror Kamran Əliyevin himayədarlıq etdiyi birliyin üzvləri tərəfindən tamamilə məhv edilmiş,yandırılmış, uçurulmuşdur. Ailəmin,övladlarımın həyatı təhlükə altındadır. Aydın məsələdir ki, Kamran Əliyev sıravi, sıradan bir vətəndaş deyil, o, səlahiyyət sahibidir, Azərbaycan Respublikasının Baş prokurorudur. Külli miqdarda pul,var-dövlətsahibidir. Məni,ailəmin üzvlərini hər an fiziki cəhətdən məhv etdirə və şərlətdirib tutdura bilər.

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!    

Bildirirəm ki, Baş prokuror bu hadisə ilə bağlı Sizəyalan məlumat verəcəkdir. Əgər Baş prokuror Prezidentə yalan məlumatlar verməkdən qorxub çəkinsəydi, Prezidentin siyasi kursunu dəstəkləsəydi, vətəndaşın 30 il xüsusi mülkiyyətində olan əmlakını cinayətkar dəstənin üzvlərinə yandırtmaz, tamamilə məhv etdirməzdi. Əgər Baş prokurorun haqqında Prezidentə və Birinci vitse-prezidentə etdiyim müraciət,verdiyim məlumatlar əsassızdırsa və yalandırsa, əmlakımızı məhv etmiş cinayətkar dəstənin üzvlərindən pul almamışlarsa, o halda bu günə kimi cinayətin üstünü ört-basdır etmiş birliyin üzvlərini məsuliyyətdən yayındırmaqda marağı nə olmuşdur?

Baş prokurorun cinayətkar birliyin üzvlərinə himayədarlıq etməsi, ilk öncə Prezidentimizin siyasi kursuna ziddir, dövlətimizə, dövlətçiliyimizə  xəyanətdir və vətəndaşlara qarşı törədilmiş təxribatdır!

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!

Əgər ölkənin Baş prokuroru vətəndaşın əmlakını yandırtdırır və birdəfəlik məhv etdirirsə, cinayətkar birliyin üzvlərinin məsuliyyətə cəlb edilməsinin qarşısını almağa nail olursa, cinayətkar dəstənin üzvlərini məsuliyyətdən yayındırırsa, demək, bizi, ailəmizi də hər an fiziki məhv etdirə bilər.

Cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənablar!       

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb Silərdən xahiş edirəm ki, Baş prokuror Kamran Əliyevin bizi fiziki məhv etdirməsinin qarşısını alın. Törədilmiş cinayət hadisəsinin üstünün açılmasına, dəstə üzvlərinin müəyyənləşdirib məsuliyyətə cəlb edilməsinə (zərərsizləşdirilməsinə), əmlakımıza vurulmuş ziyanın ödətdirilməsinə köməklik göstərəsiniz.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Müraciətdə adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti