Semaşko - "Ölüm yuvası"

Bakıdakı ən böyük xəstəxanalardan biri hesab olunan Kliniki Tibbi Mərkəzi böyük əksəriyyət “Semaşko xəstəxanası” adı ilə tanıyır.

Xəstəxana  ölüm yuvası adıyla adlansa daha məqsədəuyğun olar.

Son zamanlar qəssab psixologiyalı həkimlərin əlləri altında ölən xəstələrin artması adi hala çevrilib. Bununla əlaqədar aparılan aşdırmalar nəticəsində müəyyən olunub  ki, səhiyyədəki bir çox problemlərin səbəblərindən birincisi korrupsiyadır. Xüsusən savadsız həkimlərin rüşvətlə işə qəbul edilməsi ölüm hallarının artmasına şərait yaradır.

Eyni zamanda xəstəyə obyekt gözü ilə baxan həkimləri xəstənin sağalması deyil, parası maraqlandırır. Xəstə yiyələrindən para dartılıb xəstə ziyarətinə buraxılır, reanimasiyada müalicə alan xəstənin videosu yaxınlarına göstərilir.

Özbaşnalıq o həddə çatıb ki, həkimlərin cibinə xəstədən pul girmirsə, həmin xəstə döyülür, incidilir.

Adı dövlət xəstəxanası olsa da, heç bir nəzarət olmayan "Semaşko" xəstəxanasında həkimlər at oynadıb, qoçuluq edir.

Maaşa qane olmayan "həkim"lər xəstə yiyələrinin dərisini soymaqla məşğuldurlar.

Burada hər şeyin öz qiyməti var. Necə deyərlər "Pulunu ver şəkil çəkdir".

Xəstənin hansı şöbəyə , palataya köçürülməsini də para həll edir.

Bu xəstəxanadakı özbaşınalıq  haqqında mətbuatda dəfələrlə xəbərlər dərc olunsa da, heç bir ölçü götürülməyib.

Hətta canını, sağlamlığını Vətən, torpaq uğrunda qurban verən qazilərə, şəhid ailələrinə belə  güzəşt olunmur. Ağrıdan səs edən xəsdələr tehqir edilir və işgəncə verilir. Xəsdə yaxınları xəsdəni evə aparan zaman bədənində zorakılığ görüblər.

Həkimlərin cibinə para görməsə, heç bir xəstə ilə ilgilənmir.

Bir sözlə , xəstəxanada qanun nökər, rüşvət şahdır. Bütün müşküllər rüşvətlə öz həllinə qovuşur. Adamını ölüm yuvasından sağ çıxarmaq istəyən kimsə əlini cibindən çıxarmamalıdır.

Hipokrat andına xilaf çıxan ağ xalatlı canilər xəstəyə mənfəət gözü ilə nəzər salır. 

Pul, pul, sadəcə pul! Devizi ilə fəaliyyətdədirlər. Yeqinki Səhiyyə Nazirliyi bu neqativ hallara görə ölçü götürər. Dövlət hər cür Səhiyyəmizə öz dəstəyini verib sizin borcunuzdu vətəninizə və xalqınıza laiqli xidmet etmek.



Oxşar Xəbərlər

Xəbər lenti