Yasamalın təhlükə saçan KÜÇƏLƏRİ... - Başçı HARA BAXIR?

Yasamalın təhlükə saçan KÜÇƏLƏRİ...
Yasamal rayonunun problemləri bitmir. Sözügedən rayonda səkilərin qanunsuz zəbtindən sonra ən böyük problem qəzalı binalar, qəzalı eyvanlardır. İllərdir sökülməyən və təmir edilməyən eyvanlar sakinlər üçün ciddi təhlükə yaradır.

Tribunainfo.az xəbər verir ki, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 87-də yerləşən binalardan birinin eyvanı istismar müddətini çoxdan başa vurub, hər an uçmaq üzrədir. Ancaq belə binalar Yasamal rayonunda kifayət qədərdir. Məsələn, rayonunun Əlövsət Quliyev küçəsi 37-də yerləşən yaşayış binasının eyvanı da acınacaqlı vəziyyətdə idi. Təhlükənin qarşısını almaq üçün sakinlər taxta dayaq quraşdırmışdılar.
Uzun müddət sonra yerli mənzil-kommunal təsərrüfatı birliyinin əməkdaşları həmin eyvanı sökmüşdürlər.
İndi də S.Tağızadə küçəsindəki eyvan o vəziyyətdədir. Təəssüf ki, aidiyyəti orqanlar bu kimi problemləri vaxtında aşkar etmirlər. Sakinlər ümid edir ki, eyvan kiminsə başına uçmamış, sakinlərə, yoldan keçənlərə təhlükə yaratmamış lazımi tədbir görüləcək.

Mövzü ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Yasamalın təhlükə saçan KÜÇƏLƏRİ...
Yasamalın təhlükə saçan KÜÇƏLƏRİ...
Yasamalın təhlükə saçan KÜÇƏLƏRİ...



Oxşar Xəbərlər

Xəbər lenti