“Həkim dedi ki, sən gərək bir qolunu və ya ayağını itirəsən...” – KEÇMİŞ HƏRBÇİ ƏLİLLİK VERİLMƏDİYİ ÜÇÜN ÖZÜNÜ DOĞRAYIB / FOTO


Ağstafa rayonu, Eynallı kənd sakini Ələsgərov Rəsul Habil oğlu tərəfindən  Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. R.Ələsgərov ona qanunsuz olaraq əlilik dərəcəsi verilmədiyini iddia edir:

“Yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

12/17/2024-cü ildə Əlillərin Bərpa Mərkəzinə əyani baxışa dəvət etdilər. Orada olan həkim mənə dey d i ki, s ən ə niyə əlillik verim , d övlətin pulunu sizə niyə verməliyik?  Əlavə etdi ki, s ən gərək bir qolunu və ya ayağını itirəsən, biz  də sənə əlillik verək  .

Rəsul Ələsgərov deyir ki, həkimin bu sözlərindən sonra intihara cəhd edib: “ Mən  onun  sözlər in ə dözməyərək ,  lezva ilə boğazıma və qoluma ağır xəsarətlər yetirdim. Məni xəstəxanaya aparıb ,  boğazıma tikiş vurdular 

Şikayətçi bildiri ki,  2 dəfə Maştağada 1 Saylı Respublika Psixiatriya  Xəstəxanasında  müalicə al ıb . Buna baxmayaraq, ona əlillik dərəcəsi vermirlər.

“Onu da vurğulayım ki, hərbi qulluqçu olmuşam, Vətənə borcumu layiqincə yerinə yetirmişəm. Əlillik vermirlər ki, mən də yaşaya bilim. Evimdə çörək almağa pulum yoxdur”, - deyə R.Ələsgərov vurğuladı.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşmıza açıqlamasında çəsələni araşdırıb, məlumat verəcəyini bildirdi.

Aynurə MUSTAFAYEVA



Oxşar Xəbərlər

Xəbər lenti