ZAQATALANIN QAZSIZ KƏNDLƏRİ ÇARƏSİZ VƏZİYYƏTDƏ – Sakinlər belə vəziyyətdə işığa limit qoyulmasını da doğru saymırlar


Zaqatala rayonu, Çobankol kənd sakini Mustafayeva Sədaqət Qurban qızı tərəfindən  Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Xatırladım ki,  Zaqatala rayonu nun  Çobankol kəndi səfalı yerdə yerləşir. Bakı-Türkiyə, Bakı-Gürcüstan yolu bizim kəndin ortasından keçir. Amma təəssüf lər olsun ki, qazımız yoxdur. İnsanlar qazsızlıqdan əziyyət çəkir.

Qeyd edim ki,  ərazidən  Gürcüstana qaz ötürülür.

Bizim qonşu Qımır kəndi 11 şəhid verib, lakin həmin kənd d ə də qaz yoxdur.

Sakinlər adından onu da x ahiş edirəm ki, işı ğa qoyulan  limit də azaldılsın. Evimə 215 manat işıq pulu gəlib.

Qaz olmadığından,  isinmək üçün kondisonerdən istifadə e tməyə məcburuq.

Özüm 280 manat pensiya alıram. Oğlum, gəlinim işləmir.  İşığa l imit  qoyulması  kənd yerində nəyə lazımdır? !”

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, bildirdi ki, Zaqatalada sözügedən kəndin qazlaşması Birliyin gündəmindədir:

““Azəriqaz” İstehsalat Birliyi regionların qazlaşma prosesini öz maddi imkanları hesabına həyata keçirir.  Mərhələlik prinsipi bu baxımdan qorunur. Güman edirik ki, növbəti mərhələlərdə “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq ,  bu kəndin qazlaşmasına baxılacaq. Ümumilikdə  isə  deyə bilərik ki, Zaqatala üzrə abonent sayına görə qazlaşma səviyyəsi 78 faiz təşkil edir.

“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ildən dövlət büdcəsindən qazlaşma ilə bağlı vəsait almır. Bu proseslər birliyin öz maddi vəasiti hesabına həyata keçirilir. Ümumilikdə ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizin üzərindədir.  Məqsədimiz d aha geniş ərazini qazlaşdırmaqdır ki, “Azəriqaz” İstehsalat Birliyi  olaraq da  bu xidmətdən məmnunluq duyur uq .

Lakin b ütün proseslər hamısı maliyyə vəsaitinə hesablanır. Bu baxımdan ,  növbəti mərhələdə sözügedən kəndin qazlaşması reallaşacaq .

Aynurə M USTAFAYEVA

Redaksiyamıza göndərilən video-müraciəti də təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti