Paytaxt sakini tibbi komissiyadan ŞİKAYƏTÇİDİR


Surxay Vəliyev: “Özünü idarə edə bilməyən, yeriyə bilməyən adama 3-cü qrup əlillik veriblər”

Bakı şəhər sakini Vəliyev Surxay Sultan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən narazılıq edir:

“Mən, Vəliyev Surxay Sultan oğlu, yazaraq bildirirəm ki, parkinson xəstəsiyəm, inkaft keçirmişəm, malicələrin heç biri sağalmağıma kömək etməyib. Orqanizmimin 40% ni itirmişəm.

Dəfələrlə lazımi qurumlara şikayət vermişəm. Təbib tapşırıq verdi ki, bu adamı ciddi yoxlayın, narazılığı aradan qalxsın. Yenə qərəzli şəkildə mənə 3-cü qrup əlillik təyin etdilər. Özünü idarə edə bilməyən, yeriyə bilməyən adama 3-cü qrup əlillik verərlər?

Mənim iş qüvvəm yoxdur. Psixatriya xəstəxanasında da yatmışam. Əsəblərim də yerində deyil. Heç olmasa düzgün əlilliyimi verələr, müalicəmi davam etdirəm. 1 il 7 aydır zülm çəkirəm, haqqımı tapdalayırlar.

Azərbaycanda heyvanların belə, hüququ qorunduğu halda mənim hüquqlarım tapdalanır”.

Məsələ ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının mətbuat xidmətindən bildirdilər ki, Göygöl rayon sakini 1965-ci il təvəllüdlü Vəliyev Surxay Sultan oğlunun əlilliyi tibb müəssisəsinin göndərişi əsasında 07.01.2025-ci il tarixdə elektron sistem üzərindən qiymətləndirilib və ona orqanizm funksiyalarının 40% pozulmasına görə əlillik təyinatı aparılıb:

“Vətəndaş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə də edilib.

Hər bir müayinə zamanı S.Vəliyevin hazırki sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizm funksiyalarının 40% pozulmasına görə əlillik təyinatına əsas verdiyi müəyyən edilib.

Bu səbəbdən də vətəndaşın əlilliyi ilə bağlı əvvəlki qərar qüvvədə saxlanılıb.



Oxşar Xəbərlər

Xəbər lenti