Gürcüstanın avtomobil ixracının yarıdan çoxu Azərbaycanın payına düşüb

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 138,1 milyon ABŞ dolları dəyərində 20 658 ədəd minik avtomobili ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan avtomobillərin sayı 8 473 ədəd və yaxud 69,5 % artıb.
İlk yeddi ayda Gürcüstandan ixrac olunan minik avtomobillərinin ümumi dəyəri 248,4 milyon ABŞ dolları təşkil edib. Təkrar ixraca yönələn nəqliyyat vasitələrinin 55,6 %-i Azərbaycanın payına düşüb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}