Azərbaycanda növbəti üç il ərzində proqnozlaşdırılan inflyasiya səviyyəsi açıqlanıb

Növbəti üç il ərzində Azərbaycanda orta inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Sozcu.info-un məlumatına görə, bu barədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində deyilir.
Proqnozda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin sabitliyinin qorunması üçün həyata keçirilən siyasət, eləcə də dünya bazarlarında qiymətlərin gözlənilən sabitləşməsi nəzərə alınır.
Qeyd edək ki, 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda inflyasiya altı faiz səviyyəsində gözlənilir.


Oxşar Xəbərlər

Xəbər lenti